Tutulan sabiq icra başçısına 4 aylıq həbs verildi
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. DİASPOR.İNFO-nun məlumatına görə, dünən Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. İcra başçısıbarəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cəlilabad rayon icra başçısı Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.
289