Naxçıvanda mağazadan oğurluq edildi
Naxçıvan şəhəri ərazisindəki mağazaların birindən pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən Diaspor.info-ya verilən xəbərə görə, Naxçıvan MR DİN əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 18-dən 20-dək olan müddətdə Naxçıvan şəhəri ərazisindəki mağazaların birindən 2019 manat pul və 300 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Həsənov saxlanılıb.
325