Xaçmazda 73 yaşlı kişi evində ölü tapıldı
Xaçmazda 73 yaşlı kişi evində ölü tapılıb. Diaspor.infonun məlumatına görə, hadisə şəhərin 28 may küçəsi, 7 saylı evdə qeydə alınıb.
Həmin evdə yaşayan, 1947-ci il təvəllüdlü Zeynalov Sabir Şahnəzər oğlunun meyiti oğlu tərəfindən hamamda aşkarlanıb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
324