Abşeronda ata və oğlu bıçaqlanıb
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident Novxanı qəsəbəsində qeydə alınıb. DİASPOR.İNFO-nun xəbərinə görə, Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı, 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanışları tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
308