Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşıb.
Azərbaycan Şahmat Federasiyasından Diaspor info-ya bildiriblər ki, namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.