Naxçıvan qədim abidələr diyarı, mühüm bir mədəniyyət beşiyidir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tarix-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması və bərpası nəzərdə tutulur. Bu vacib işlərin görülməsi üçün tarix və mədəniyyət abidələrimizin, qədim məscid və məbədlərimizin vətəndaşlarımızın şəxsi arxivində saxlanılan orijinal foto və videolarına da ehtiyac vardır. Vətəndaşlarımızdan xahiş olunur ki, layihəyə dəstək məqsədilə özlərində olan foto və videoları Naxçıvan televiziyasının və “Nuhçıxan” İnformasiya Agentliyinin elektron poçt ünvanlarına göndərsinlər: [email protected] [email protected] whatsapp: 060 505-44-44