• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Solmaz Elqızı

28-09-2023, 21:30 | Baxılıb: 807
“Solmaz Elqızı

Solmaz Ədhəm qızı Əfəndiyeva (Elqızı) 16 mart 1964-cü ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur.1971-1981-ci illərdə Nizami Gəncəvi adına İlisu kənd orta məktəbində təhsil almışdır.1983-cü ildə Bakı Maliyyə-Kredit Texnikumunun (indiki İqtisad Kolleci) mühasibat uçotu fakultəsinə daxil olmuş,1985-ci ildə oranı bitirdikdən sonra fasilələrlə müxtəlif samballı vəzifələrdə çalışmışdır.
2005-ci ilin dekabrından Azərbaycan Yazıçılar Birliyinin fəal üzvüdür.2004-cü ildə işıq üzü görmüş "İlisudan gələn səslər",2008-ci ildə işıq üzü görmüş "Ulu tanrıdandır bu şeir payım",2019-cu ildə çapdan çıxmış "Dünyaya gəlmişik sevilmək üçün" adlı 3 kitabın müəllifidir.Müəlliflik hüququna malikdir.O,ilk xeyir-duasını unudulmaz filosof şairimiz Bəxtiyar Vahabzadədən almışdır.Solmaz Elqızı böyük sözünə, ustad xeyir-duasına istinad edərək yaradıcılığına daha ürəklə,daha həvəslə qədəm qoymuşdur.Onun yaradıcılığında diqqət çəkən bir məqam da şairənin heç kəsi təkrar etməməsidir.Onun öz yolu,öz dəsti-xətti var.Elə bu məziyyətlərinə görə digər yazarlardan seçilir.O,2008-ci ildə "Qafqaz Media" İctimai Birliyinin təsis etdiyi "Vicdanlı Qələm" diplomu ilə,2009-cu ildə "Müasir Azərbaycan ədəbiyyatında qazandığı uğurlara görə" fəxri fərmanı ilə,2011-ci ildə KİVHİ-nin təsis etdiyi "Qızıl Qələm" diplomu ilə,2012-ci ildə "Cəsarətli Qələm" diplomu ilə təltif olunmuşdur.2015-ci ilin may ayının 22-də Avrasiya Şairləri Antologiyasının " Katılım Belgesi" diplomu ilə təltif olunmuşdur.2017-ci ildən Avrasiya Senet Küıtür Edebiyyat Federasyonunun Azərbaycan üzrə üzvüdür."Karabağdan Kerkükden Çanakkaleye" şiir şeçkisində 7 şeri çap olunmuşdur.


YAZIĞIM GƏLİR

İlin hər bir fəsli,gərdişi gözəl,
Həm payızı gözəl,həm yazı gözəl.
Bu gözəl dünyada alışıb sönən,
Nakam məhəbbətə yazığım gəlir.

Dünyaya gəlmişik sevinmək üçün,
Həm sevilmək üçün,həm sevmək üçün.
Həyatda,sənətdə iz qoymaq üçün,
İzi olmayana yazığım gəlir.

Fani dünyamızın sonu ölümlü,
İnsan kainata gəldi-gedimli.
Məxluq tanıyıram mələk biçimli,
Şeytan sifətlərə yazığım gəlir.

Sevməyi öyrəndik Leyli-Məcnundan,
Biz çıxdıq həyatın çox sınağından.
Bir iyrənc qadının səhvi ucundan,
Atılmış körpəyə yazığım gəlir.

Cahanda əyrilik həddini aşıb,
Yaxşılar azalıb,pislər çoxalıb.
Ömür yollarında düz yolu çaşıb,
Əyri yol gedənə yazığım gəlir.

Solmaz Elqızıyam,coşub cağlayan,
Namusla,qeyrətlə qoşa yoğrulan.
Bu fani dünyada əbədi solan,
İNSANAM,İNSANA YAZIĞIM GƏLİR!!!

20.06.2007



Qırx dörd günlük müharibə.

Əmri verdi Baş Komandan,
Səsinə səs verdi cahan.
Öz gücünü etdi bəyan,
Qırx dörd günlük müharibə.

Möcüzəydi başdan-başa,
Kim nə deyər haqq savaşa?!
Zəfər ilə çatdı başa,
Qırx dörd günlük müharibə.

Yeri-göyü titrətdi o,
Doğru, haqq-ədalətdi o.
Düşmənləri məhv etdi o,
Qırx dörd günlük müharibə.

Yolları deyildi hamar,
Düşməni etdi tarı-mar.
Dedi, güclü ordumuz var,
Qırx dörd günlük müharibə.

İtkiləri olsa da çox,
Ordusundan güc aldı çox.
Haqq yolundan dönmədi yox!
Qırx dörd günlük müharibə.



Mənim incə ruhlu şair xəyalım.

Pərvanə tək göy üzündə dolaşar,
Möcüzəylə dolu şair xəyalım.
Yaratmaq eşqiylə alışıb yanar,
Mənin incə ruhlu şair xəyalım.

Nə gecə bilər o, nə də ki,gündüz,
Xainlər önündə o qatlamaz diz.
İstər ki,həmişə yolun getsin düz,
Mənim incə ruhlu şair xəyalım.

Nadanlıq bilməz o, qeybət bilməz o,
Çox rəğbət bəsləyər,nifrət bilməz o.
Heç kəsə zərrəcə pislik etməz o,
Mənim incə ruhlu şair xəyalım.


BİLMƏZSƏN

...Alın yazısını yazmış Yaradan,
Ey insan,sən onu poza bilməzsən.
Yazmağı,pozmağı nə bilir nadan,
Sən onu dərk edib, duya bilməzsən.
*************************************

Şeir yazmaq deyil əyləncə,oyun,
Onu mərifətdən, hünərdən sayın.
Barı dilinizi dinməzcə qoyun,
Sən ki o məqama çata bilməzsən.
*************************************

Nə olar,sevinək yüksələn ada,
İnsani hisləri verməyək bada.
Gözəl yol-iz qoyaq fani dünyada,
Əyriyə düz deyib sata bilməzsən.
*************************************

Bir cılız təpəsən,girişmə dağa,
El-oba eşidər,salar qınağa.
Solmaz Elqızını çəkmə sınağa,
Yel olub yanından ötə bilməzsən.
**************************************

""""""""SOLMAZ
ELQIZI""""""""скачать dle 10.6фильмы бесплатно


807

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.