• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Züleyxa Davudova Şəhid Anası

1-10-2023, 21:30 | Baxılıb: 306
“Züleyxa Davudova Şəhid Anası

Kaş yanında olaydım

Quş tək qanadlanaydım,Pəncərənə qonaydım,
İsti bir nəfəs olub,
Ürəyinə dolaydım.
Kaş yanında olaydım.

Öpəydim dodağını,
Bir də al yanağını,
Əzizim,sorağını
Gözlərindən alaydım,
Kaş yanında olaydım.

Dərdli,dərdsiz anında
Sürünəydim yanında.
Gülüm sənin yolunda
Saralaydım,solaydım.
Kaş yanında olaydım.

Eşqinlə alışaydım,
Oduna tutuşaydım.
Sevginin atəşində
Yar sənə qovuşaydım.
Kaş yanında olaydım.

Gül olub açılaydım,
Günəş tək saçılaydım,
Təki sənin əlinlə
Kəsilib asılaydım.
Kaş yanında olaydım.
Kaş yanımda olaydın...


Neyləyim

Telefona baxa-baxa qalmışam
Nə səsin var,nə sorağın,əzizim.
Gözümdən yaş axa-axa qalmışam
Dərd üstə dərd ələnibdi,neyləyim.

Kaman üstə köklənibdi dərdlərim
Dərd yazmağa yox varağım,əzizim.
Göydə Allah,yerdə sən Peyğəmbərim
Qəlbim qəmə bələnibdi,neyləyim.

Sarı simdə inildərəm,ağlaram
Şimşək ollam,bulud kimi çağlaram.
Tutuşaram,alışaram,yanaram.
Ümidsiz eşq dillənibdi,neyləyim.

Gözlərini ver yadigar saxlayım.
Sözlərini qəlbimdə varaqlayım.
Gah kövrəlim,gah doyunca ağlayım.
Sənsiz qəlbim millənibdi,neyləyim.



Sən yanıma gəlməsən

Gözlərimə nəm dolar,
Ürəyimə qəm qonar,
Damarımda qan donar,
Sən yanıma gəlməsən.

Gözlər bələnər yaşa,
Ağ qar ələnər başa,
Baharım dönər qışa,
Sən yanıma gəlməsən.

Ay gül üzlü baharım,
Sevimli gözəl yarım,
Qalmaz səbri-qərarım,
Sən yanıma gəlməsən.

Mən Leyliyə dönərəm,
Közərərəm,sönərəm.
Vallah sənsiz ölərəm
Sən yanıma gəlməsən.

Nələr gəlsə başıma,
Yazarsan yaddaşına,
Ağlarsan baş daşıma
Sən yanıma gəlməsən.



Vicdan nədir,soruşma

Mərdə namərd damğasını vurandan,
Vəzifəyçün dostuna tor qurandan,
Şər,böhtanla düz üzünə durandan,
Vicdansızdan "vicdan nədir?"-soruşma.

Vətənini düşmənlərə satandan,
Arvadını yad qoynuna atandan,
Haram pulla arzusuna çatandan,
Vicdansızdan "vicdan nədir?"-soruşma.

Özgəsinin zəhmətini yeyəndən,
Hara getsə tək özündən deyəndən,
Çanaq bəyənməyib,cinsi geyəndən,
Vicdansızdan "vicdan nədir?"-soruşma.

Namus nədir,qeyrət nədir,ar nədir,Arsız-arsız söyləyər:"nəmənədir?"
Damara yapışan qara gənədir,
Vicdansızdan "vicdan nədir?"-soruşma.

Züleyxayam,məzlumun haqq səsiyəm.
Gedişim düz,gəlişim düz,yolum düz.
Son nəfəsdə yenə də deyəsiyəm,
Vicdansızdan "vicdan nədir?"-soruşma!скачать dle 10.6фильмы бесплатно


306

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.