HƏR ŞEYDƏN BİR AZ (DEYİMLƏR)
Həqiqət şairi sevilir hər an
Onu xalqı üçün yaşadır zaman
Sevməsə düzlüyü insan aləmi
Tükənməz bəşərin kədəri, qəmi
Vəzifəli şəxsdə olmasa vicdan
Düşünməz xalqını məncə heç zaman
Ata-anasına zülm edən övlad
Qiyamət günündə çəkəcək fəryad
Qayğı göstərməsək hər ağaca biz
Viranəyə dönər doğma ölkəmiz
Ağıllı bir qızla qursan ailə
O, sənə qəm-kədər verməz bir gilə
Xeyirxah niyyətlə yaşasan hərgah
Sənə töhfəsini yetirər Allah
Özünə fikir ver, getsən də hara
Diqqətsizlik edər üzünü qara
Unutma xalqını varlı çağında
Qalarsan bir zaman kədər dağında
Anadır dünyanın milli bəzəyi
Daim həssas olur ana ürəyi
Normal tərbiyəni görübsə övlad
Ata-anasını edəcək şad
Var-dövlət üstündə qurulan həyat
Itirər gücünü hər gün, hər saat
Bir nəfər yetimi şad etsə insan
Yüz sevinc bəxş edər ona yaradan
Kişiliyi satma dövlətə, vara
Eyləyər o sənin üzünü qara
Həyat yoldaşınla səmimi yaşa
Övladı nahaqdan salma təlaşa
Nəzarətsiz qoyma öz övladını
Doğrultmaz eləsi etimadını
Az danış həmişə millət içində
Qalmazsan üzüntü, zillət içində
Arzula ki, qonşun dövlətli olsun
Sənə qarşı daim mürvətli olsun
Şan-şöhrət xətrinə qovuşma dinə
İlahi həyandır sənin məkrinə
Boşboğazlıq edib qazanma nifrət
Ağıllı şəxsləri sevir cəmiyyət
Həyatda hər kəsin qisməti vardır
Ömrün yekunlaşma müddəti vardır
Hökümlü olarsa ər ilə arvad
Onlar bir-birini eyləməzlər şad
Hamı olsa idi yetkin, şüurlu
Bütün həyatımız keçərdi nurlu
Həyatda var elə nanəcib insan
Köpəkdə qanacaq çox olur ondan
İtərsə cəfadan insanın ağlı
Yolu hər tərəfdən qalacaq bağlı
Həmişə çörəyi bilək müqəddəs
Quran bu barədə deməyib əbəs
Salma günahsızı heç zaman şərə
Sənin də həyatın dönər zəhərə
Din verir insana səbri, imanı
Səbirlə çox yaşar insanın canı
Daim ağsaqqala hörmət qoyaq biz
Onlar nur sayağı olurlar təmiz
Verilib hər kəsə naməlum müddət
Qocalıq hamıya olmayır qismət
Sərxoşluğu seçmə özünə peşə
Bir vaxt zəifləyib bənzərsən leşə
Qorxu və təşvişə salma övladı
Qalar ürəyində arzu, muradı
Xoş sözlə könül al, sevinsin hərə
Əl tut imkansıza ayda bir kərə
Varsa səndə hərgah mərdlik, dəyanət
Qardaşla-bacıya etmə xəyanət
Arvadına görə atma ananı
Tapmazsan o tərzdə sənə yananı
Düşün yayda ikən şaxtalı qışı
Güclüdür hər şeydən onun qarğışı
Həmişə hörmət qoy müəllimlərə
Sənə də ehtiram göstərər hərə
Ana bizim üçün olsa da əziz
Borcluyuq çox şeydə müəllimə biz
Ziyalıya hörmət qoymayan bəndə
Qanqala bənzəyir güllü çəməndə
Olsan da nə qədər rütbəli insan
Etik qaydaları pozma heç zaman
Çox da arxalanma öz vəzifənə
Allah bu pilləni bəxş edib sənə
Xalqlar arasında salma sən nifaq
Millətçi şəxslərdən daim qaç uzaq
Qonşularla daim mehriban yaşa
Gərəkli olginən qohum-qardaşa
Əksən yol boyunca tut ağacı sən
Doyurmuş olursan neçə acı sən
Çörəyi normal ye, aşma həddini
Acgözlük tez əyər sənin qəddini
Gecələr həmişə məqamında yat
Onda əlvan keçər sürdüyün həyat
Məclisə düşəndə etmə lağlağa
Səni dərrakəcə sanarlar çağa
Eylə yaxşılığı başa düşənə
Bir müddət keçəndə gülməsin sənə
Xeyirxah iş tutsa həyatda hərə
Dünya başdan-başa bürünər zərə
Qiyamət körpüsü olduqca dardır
Yaxşılığın orda faydası vardır
İstər gəda olsun, istəyirsə şah
Hamını insan tək yaradıb Allah
Kişilərdə var.
Böyük mənası var kişi sözünün.
Qızıldan dəyərli kişilər də var.
Kimliyin göstəri hər kəs özünün.
İgid və hünərli kişilər də var.
Bığ ilə ölçülmür kişinin zatı.
Kişilik həll edir müqəddaratı.
Gərək müsbət ola onun həyatı.
Daxilən bəhərli kişilər də var.
Vardır dünyamızın xeyiri , şəri.
Torpağı , bitkisi ,çınqılı , zəri.
Kişilərin də olur fərqli növləri.
Lap eşşək təhərli kişilər də var.
Olmayır hamıda namus , qeyrət , ar.
Hərənin bir cürə xasiyyəti var.
Küsməyi çox sevir əksər adamlar.
Lap dəymə - düşərli kişilər də var.
Kişini ucaldan onun yarıdır.
Namusu , qeyrəti , etibarıdır.
Kişini sevdirən xoş rəftarıdır.
Daim xoş xəbərli kişilər də var.
Yaşamaq dünyada gözəldir , əlbət.
Varsa ailədə sevinc , səadət.
Xoşbəxtlik hamıya olmayır qismət.
Ömrü qəm ,kədərli kişilər də var.
Yaltaqları sevmir heç vaxt qəlbimiz
Məğrur insanlarla fəxr edirik biz
Kişi gərək olsun ciddi, mübariz
Hər sözü kəsərli kişilərdə var
Gərək yetkin ola kişinin özü
Tox olsun həmişə kişinin gözü
Kişi var, yox onun bir şirin sözü
İlan tək zəhərli kişilər də var
Düşünən çağlarda görürük birdən
Gəlir ağlımıza yüz cür fikirdən
Kişi var törənib elə bir şirdən
Qoyuna bənzərli kişilərdə var
Həyat bəzisini daim edir məst
Başqa bir qismini eyləyir şikəst
Kişinin hamısı deyildir sərbəst
Boğazı kəmərli kişilərdə var
Bürüyüb hər yeri indi fəlakət
Pozulur get-gedə bizim cəmiyyət
Nankorlar yarına edir xəyanət
Dolayı səfərli kişilərdə var
Düşübdür dəyərdən “kişi” kəlməsi
Çatmayır heç yerə kasıbın səsi
Kişi var yox onun gücü, qüvvəsi
Arxalı, sipərli kişilərdə var
Şıxamir, yazırsan gör neçə ildir
Şairi sevdirən, ondakı dildir
Kişinin hamısı aciz deyildir
Qorxmaz və ciyərli kişilərdə var
AZƏRİ XALQI
Yaşadır adını şöhrət içində
Olubdur xoşxəbər azəri xalqı
Seçilir yüzlərlə millət içində
Tarixən müzəffər azəri xalqı
Olub Nüşabəsi, Dədə qorqudu
Cavanşir, Babəki, ulu Səmudu
Bəxş edib dünyaya neçə məsudu
Mübariz, cəngavər azəri xalqı
Qurdu şah İsmayıl qüdrətli dövlət
Sevincə qərq oldu bütün məmləkət
Vətən oylağına gətirdi şöhrət
Hər daim igid, nər azəri xalqı
Olub əcəmi tək gözəl memarı
Qurub-yaratmaqdır xalqın meyarı
Ucalır hər yanda el yadigarı
Yurdunu hey bəzər azəri xalqı
Yaratdı Nizami neçə kəlamı
Füzuli bəşərdə yandırdı şamı
Nəsimi bəxş etdi xalqa inamı
Belədir mötəbər azəri xalqı
Olub Heydər kimi ulu öndəri
Tapılmaz bəşərdə onun bənzəri
Etdi öz xalqını dillər əzbəri
Sevinclə yüksələr azəri xalqı
Sevir el-obalar zəhməti, barı
Daim yüksək tutur namusu, arı
Mənfur erməni tək başqa xalqları
Eyləməz dəngəsər azəri xalqı
Görübdür tarixin müsibətindən
Zamanın dəyişən siyasətindən
Bu qoca dünyanın qəbahətindən
Yazıbdır min əsər azəri xalqı
Məxsusdur bu xalqa neçə bəstəkar
Dünyada tanınmış musiqisi var
Qazanır idmanda yeni uğurlar
Gün-günə dirçələr azəri xalqı
Bakıdır ellərin şöhrəti, şanı
Gözəldir ölkənin indi hər yanı
Sevir doğma yurdu Azərbaycanı
Dünya, aləm qədər azəri xalqı
Məsum tək dünyaya gətirib pənah
Həmişə, hər daim olub xeyirxah
Ya Rəbbim, yüz illər keçsə də hərgah
Görməsin qəm-kədər azəri xalqı
Zövq alsın yazından, qarlı qışından
Gözəl və mənalı yaşayışından
Doğma torpağının hər qarışından
Daim görsün bəhər azəri xalqı
Verir yüksək qiymət dünyamız ona
Milli uğurları yetirməz sona
Sayı çatıb indi 50 milyona
Tədricən birləşər azəri xalqı
Şıxamirəm, yolum nurlu sabaha
Xalqımız barədə nə deyim daha?
Daim yalvarıram qadir Allaha
Ki, olsun bəxtəvər azəri xalqı
DÜNYANI ALLAH
Bəxş etdi bizə beylə gözəl dünyanı
Allah Dünyada isə həm dini, həm imanı Allah
Yoxdan yaradıb 6 günə hər yanı xaliq
Ulduzlu – göyü, ay-günəşi, ümmanı xaliq
Sonra yetirib Adəm ilə Həvvanı xaliq
Tədriclə verib Tövratı, həm Quranı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah
Müslüm adama fərz eləyib beşcə namazı
Zaqatla-oruc, sonra da Həcc, bir dəfə azı
Qurandakı hər surə üçün incə avazı
Hər ayədəsə, verdi gözəl mənanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah
Vermiş günəşi, aləmə nur saçmaq üçün O
Peyğəmbəri isə, düzlüyə yol açmaq üçün O
Zəngin ağılı, bəd əməldən qaçmaq üçün O
Gördükcə -görür həm pisi, sərfanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
İnkar eləməz tanrımızı dünyada heç kim
Sadiqdir ona rəhbər olan, həm də müəllim
Çatsa məqamı dinimizin naminə daim
Vacib buyurub hər ilə bir qurbanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
Yaxşıyla-pisi insana O, etdi ifadə
Vicdanlıları tanrı sevir həddən-ziyadə
Vermişdir bizə dünyada ən yüksək iradə
Sağlam bədəni, doğma dili, saf qanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
Məsciddə əgər bəndə gedib etsə ibadət
Daim görəcək təaladan sevgi, səxavət
Cənnətlik olar din adamı çatsa qiyamət
Möminlərə bir baş yetirər rizvanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
İslam dinini, dinlərin ən pakı sayıb O
Məsum adamı ellərin idrakı sayıb O
Dünya varını, xalqların əmlakı sayıb O
Millətlər üçün xəlq eləyib cahanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
Xoşdur nə qədər kainatın seyrinə dalmaq
Ətrafda olan laləzarın zövqünü almaq
Cahanda baxıb-gördüyümüz röyadır, ancaq
Bir gün ayırar röyadan hər insanı Allah
Bəxş etdi bizə beylə gözəl dünyanı Allah.
Dünyada isə, doğma Azərbaycanı Allah
Məşhuri-cahan Əlidir
"Allaha "səcdə edən qəlblər üçün can, Əlidir. Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Yaradıb Tanrı onu daim zəfər çalmaq üçün.
Peyğəmbər ümmətinin qayğısına qalmaq üçün.
İslama zərbə vuran şəxsdən qisas almaq üşün.
Düşməni ram eləyən güclü pəhləvan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Böyük peyğəmbər ilə keçdi zəfər məktəbi o.
Anlayıb-dərk elədi doğru-dürüst mətləbi o.
Məhv etdi qol gücünə zalım Əbu Ləhəbi o.
Məkkə mühriqlərini lərzəyə salan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan ,Əlidir.
Onun İbrahim sayaq dahiyanə əjdadı var.
"Məhəmməd"peyğəmbər tək "Allaha" xoş ustadı var.
Həsənlə-Hüseyin tək doğma, əziz övladı var.
Müsəlman dünyasının qeydinə qalan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
"Allahın" rəhmi ilə hər şeyə o, gəldi sinə.
İnamla verdi təkan ilk yaranan doğma dilə.
Həmişə sadiq olub sevimli peyğəmbərinə.
İslama orayda verən dahi müsəlman, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Yetimi gördüsə o, kövrələrək qəm elədi.
Əl tutub məzluma öz ruzisini kəm elədi.
Neçə cür milləti o, ətrafına cəm elədi.
Alovlu qəlbi ilə xalqlara yanan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Vuruşdu haqq yolunda adi bir əsgər sayağı.
Yaradıb Tanrı onu bunca igid, nər sayağı.
Tarixə düşdü adı dahi, müzəffər sayağı.
Əhlibeyt həm xəlifə, hən də ki, sultan Əlidir.
Adi dillərdə gəzən məşhuri -cahan, Əlidir.
O böyük zəhmi ilə güclü məmləkət yaradıb.
İslama xidmət edən güclü Xilafət yaradıb.
Hayana düşsə yolu, orda ədalət yaradıb.
Neçə cür xalqlar üçün şöhrət ilə şan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Mövcuddur dünyamızın bəlkədə min şah əsəri.
Hər biri cəlb eləyir bəlkədə milyon nəfəri.
Heç nədir dünyamızın tarixi sərkərdələri.
Zənnimcə dünyadakı ən böyük xaqan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Düşübdür ismi onun tarixə yeganə kimi.
Olubdur doğma, əziz çöhrəsi nur danə kimi
Gəlmişdir dünyaya o, doğrusu əfsanə kimi.
Peyğəmbərdən sonra ən böyük insan, Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahən ,Əlidir.
Sevir öz dahisini adi bir gehran da bu gün.
Əlidən ilham alır sadə müsəlman da bu gün.
Onunla fəxr eləyir Azəribaycan da bu gün.
Çünki ,bu dünyadakı ən döyuk mərdan ,Əlidir.
Adı dillərdə gəzən məşhuri-cahan, Əlidir.
Ananın nəsihəti.
Can üstəydi bir ana
Qalmışdı yana-yana
Külfəti dərd içində
Ananın dövrəsində.
Hamı ona baxırdı
Gözündən yaş axırdı
Ana boylanır göyə
Gözünü döyə-döyə
Yox idi heç qırx yaşı
Tamam ağarmış başı
Xəstəlik tutmuş onu
Çatıb ömrünün sonu
Qurtarmlşdı taqəti
Puç olmuşdu niyyəti
Batmamaqçün günaha
Şükür etdi Allaha.
O son gücün topladı
Süzdü əri övladı
Baxdı könül yarına
Güc gəldi azarına
Dedi-Mənim pənahım.
Yox həyatda günahım.
Sadiq olmuşam sənə.
Nöqsanım yox bir dənə
Halal çörək yemişəm.
Sənə əhsən demişəm.
Mən yumunca gözümü.
Səndən bir xahişim var
Eşitməsin uşaqlar.
Mən köçəndə həyatdan.
Qurma toydan büsatdan.
Qonşuları az dindir.
Uşaqları sevindir.
Körpələrə vermə qəm.
Bir ata ol möhtəşəm.
Yalvarıram amandır.
Ögeylik çox yamandır.
Yazıq olur uşaqlar.
Onların nə canı var.
Üst- başını təmizlə.
Özlərini əzizlə.
Xələf çöxma adına.
Allahı sal yadına.
Çalış onlar hər zaman.
Ömür sürsün firavan.
Xəyanət etsən mənə.
Halallıq verməm sənə.
Sonradan əri dindi.
Sənə sözüm var indi.
Göz qoyuram bayaqdan.
Deyinirsən nahaqdan.
Sənsən mənim pənahım.
Sevimli müəndagahım.
Qurban olum xalına.
Çox yanıram halına.
Var şərəfin ismətin.
Amma yoxmuş qismətin.
Deyim açıq-aşikar.
Sənə sədaqətim var.
Ayrılıq çox çətindir.
Pəngim solub sətindir.
And içirəm hər nəyə.
Könül verməm özgəyə.
Dörd balamız var bizim.
Ömrümüz qaynar bizim.
Yaşayarıq mehriban.
Evlənmərəm heç zaman.
Razı olmam onları.
Kimsə incitsin barı.
Sən düşünmə bizləri.
Nə övladı nə əri.
Mənim də qeyrətim var.
Sizlərə hörmətim var.
Tutacağam doğru yol.
Sən məndn arxayın ol.
Ata dinib-danışır.
Sanki yanıb-alışır.
Çıxır hərdən özündən.
Yaş axırdı gözündən.
Arvadına baxırdı.
Kədər onu yaxırdı.
Çırpındı birdən ana.
Əli getdi yorğana.
Çıxdı var gücü ilə.
Yenidən gəldi dilə.
-Əlvida əzizlərim.
Soyuyubdur dizlərim.
İndi məndə növbəti.
Ayrılıram əbədi.
"Əşşədül-Allah" deyə
Ruhum çəkilr göyə.
Qurtarmadı sözünü.
Yumdu məsum gözünü.
Əlləri tam boşaldı.
Rəngi-ruhu saraldı.
Şivən qopardı əri.
Balaca körpələri.
Səsə yetişdi hamı.
Göstərib ehtiramı.
Ana belə verdi can.
köçüb getdi həyatdan.
Günlər tezkən keçirdi.
Özünə yer seçirdi.
Gəlib qırxı çatanda.
Hamı dərdə batanda.
Ata sanki dəyişdi.
Yenidən eşqə düşdü.
Məhrum oldu savaddan.
Dildarı çıxdı yaddan.
Aləm qarışdı işə.
O düşmədi təşvişə.
Keçməmişdi üçcə ay.
Eşidildi səs-haray.
Evlənibdir filankəs.
İradlar oldu əbəs.
Ögey ana o saat.
Danışdı çox narahat.
Təzə qonunlar qoydu.
Özü yeyərək doydu.
Uşaqlar ac qaldılar.
Gün-gündən saraldılar.
Hərdən aldılar kötək.
Atasıyla müştərək.
Yaş tökdülər uşaqlar.
Onların nə canı var.
Ata görsədə bunu.
Pozmayırdı qanunu.
Yarına sdiq qaldı.
Ona hər şeydn aldı.
Üst- başını bəzədi.
Çünki evdə təzədi.
Körpələr qaldı yarı.
Söküldü üst başları.
Bənzədi tifinlərə.
Döyüldülər yüz kərə.
Tale yazdı yazını.
Evin kiçik qızını.
Bir gün tutdu xəstəlik.
Özü də bir dəfəlik.
Bu işıqlı həyatda.
Tapmadı o ,nicatdan.
Köçərək belə getdi
Dünyasını tərk etdi.
Ata buna yanmadı.
Oz borcunu qanmadı.
Aşiq idi yarına.
Onun qayğılarına.
Qdın hiyləgər idi.
Xeyir deyil ,şər idi.
Görmüşdü neçə ərdən.
Neçə kənddən şəhərdən.
Yaxşı bilir işini.
Şəxsi yüksəlişini.
Gördü bunu qohumlar.
Yalvardılar o ki var.
Olmadı bir faydası.
Dəyişmədi qaydası.
Uşaqlar zillət çəkir.
Ögey ana turp əkir.
Bir gün məsləhətləşib.
Qohumlar burdan keçib.
Uşaqları aldılar.
Ər-arvad tək qaldılar.
Ev döndü meyxanəyə.
Özləri divanəyə.
Tamam dəyişdi qadın.
Göstərib etimadın.
Ərini məst etdi o.
Canına qəsd etdi o.
Ayılmağa qoymadı.
Niyyətindən dönmədi.
Nəsə qatdı şəraba.
Sonradan süzdü qaba.
Və işini bitirdi.
Ərcığazı itirdi.
Sahib oldu evinə.
Çox sevinə-sevinə.
Külfətə xələf çıxan.
Onları qəsdən yıxan.
Alar belə cəzanı.
Fələk yazır yazını.
Ay vəfasız kişilər.
Var hiyləgər dişilər.
Onlara aldanmayın.
Sonra qəmdən qalmayın.
Məhv etməyin külfəti.
İtirməyin şöhrəti.
Pakdırsa hərgah ürək.
Kişidə mənlik gərək.
Mənlik itən zamanı,
Anlamırsan yamanı
Saralırsan-solursan.
Beyləcə məhv olursan.
PAXIL QONŞU
Bir paxıl öz ömrünü,
Sərf eyləyib bəd işə.
Qonşusunu görəndə,
Düşürdü çox təşvişə.
Özü haram malını,
Xırda-xırda yeyirdi.
Qonşu yeyən görəndə,
Hardan olur deyirdi.
Bütün bunlar canını
Yandırırdı yaxırdı.
Qonşunu şad görəndə,
Lap özündən çıxırdı.
Oturub evlərində,
Fikirləşdi o ki var.
Geniş dünya bir anlıq,
Gözlərində oldu dar.
Öz-özünə düşündü
-Bunu yazmaq lazımdır.
Ayagının altına,
Quyu qazmaq lazımdır
Vəzifəcə nə qədər,
Ondan yüksək olan mən.
Həm də ondan nə qədər,
Artıq maaş alan mən.
Bəs qonşu hansı pulla,
Öz keyfini çaglayır?
Baxıb bizim tərəfə,,
Xoruz kimi mağlayır.
Oğlanları,qızlqrı,
Büllurdan paltar geyir.
Arvadı gündə bir cür,
Ənli geyir,dar geyir.
Qst-başına beş cürə
Sırğa,bilərzik taxır.
Gözlərimə dik baxır ,
Canıma lap od yaxır.
Hələ bunlar nədir ki...
Evinə göz qoyursan,
Yoxdur nəyi qonşunun?
Yaxşı iti,toyuğu-
Həm inəyi qonşunun.
Ən yaxşı markasından,
Avtomobil olan o.
Axşamlar asta-asta,
Pianino çalan o.
Paxıllıqdan bizlərə,
Kinli nəzər salan o.
Nə bilim hər tərəfdə,
Filankəs o,filan o.
Yox,delə qoymaq olmaz.
Bunu yazmaq lazımdır.
Ayağının altına,
Quyu qazmaq lazımdır.
Gecələr tək qalanda,
Oturub yazdı,yazdı.
Yazdıqcq mənfurlaşıb,
Yolunu azdı,azdı
Onun anonimləri,
Öz yernə çatanda-
Yoxlamanın üzündən,
Qonşu dərdə batanda-
Pərdənin arxasından
Baxıb yaman şad oldu.
Ürəyini doğrayan,
Ağrıdan azad oldu.
18,VII,1976.
İNSANIN
Adəmlə-Həvvanın yadigarıdır.
Deyirlər həyatda özü insanın.
İnsan aləmin gözəl varıdır.
Təmiz və mənalı sözü insanın.
Ona bəxş olunub elə bir ürək,
İstəməz eyləsin bu dünyanı tərk.
Uşaqlıq çağından-qocalanadək,
Soyumaz qəlbindən gözü insanın.
Onaltı yaşında sevər,sevilər...
İyirmidə gücə,qüvvətə gələr.
Otuzda hər şeyinqədrini bilər.
Açılar elə bil gözü insanın.
Qırxında seçilməz işgüzar haldan.
Əllidə doyanmaz dovlətdən, maldan.
Altmışa çatanda düşərək haldan,
Titrəyər arabir dizi insanın.
Yetmişdə söykəyib özün çomğa.
Yay kimi əyilər soluna,sağa.
Bir günü qoyular qara torpağa.
Qalar bu dünyada izi insanın.
08,V,1980.
YOXDURSA
Adamın yoxdursa, pulun yoxdursa
Nüfuzun az olar ellər içində
Qəlbində dərd-qəmin həddən çoxdursa
Boğula qalarsan sellər içində
Qəribə bir dövrü gəlib dünyanın
İnsan da dəyişib, il də dəyişib
Bilinmir sirləri indiki anın
Danışıq tərzi də, dil də dəyişib
Varlanmaq hər yerdə düşübdür dəbə
Çoxdur öz puluyla öyünən şəxslər
Kasıb adamları sanır məl`əbə
Ürəyi qürurla döyünən şəxslər
Güclü aslan da var, qüvvətli fil də
Hər şeydən güclüdür pulun zərbəsi
Varlılar əzbərdir dodaqda, dildə
Var-dövlət ucaldır bilin hər kəsi
Rəhbər kürsüsündə kim otursa da
Ölkəni pullular idarə edir
Belədir bu qanun bütün dünyada
Varlılar həyatda irəli gedir
Az qalır qul kimi ehtiram edə
İmkanlı şəxsləri görəndə hamı
Dünən puldan görmüş adi bir gədə
Milçəyə saymayır kasıb adamı
Dayağın yoxdursa həyatda əgər
Səni oyuncaq tək atıb-tutarlar
Xoşlanmaq xətrinə bəzi nakəslər
Qumara qoyarlar, yana atarlar
Adamın vardırsa arxanda duran
Rahat qazanarsan pulu, paranı
Çünki, o qüvvətli yumruqdur vuran
Sənin hər dərdinə tapar çarəni
Adam pulsuzdursa əgər həyatda
Yüzlərlə arzusu qəlbində qalar
Pullu adam isə bircə saatda
Şəhəri, rayonu əlinə alar
Vardırsa adamın, vardırsa pulun
Bağlı qapıları rahat açarsan
Həmişə işıqlı olacaq yolun
Özün də məşəl tək işıq saçarsan
Varlı olsan hərgah, sevinər arvad
Səni dayaq bilər daim özünə
Yox isə ömrünü eyləyər bərbad
Nifrətlə, kin ilə baxar gözünə
İmkanlı yaşasan, qohum-qonşular
Xətrini həmişə biləcək əziz
Onların yanında açıq-aşikar
Vicdanın həmişə olacaq təmiz
Adamın və pulun yoxdursa əgər
Oğlunla-qızını sayan az olar
Var isə həyatın keçər bəxtəvər
Ürəyin şənlənər, keyfin saz olar
Pulun yoxsa hərgah, getmə həkimə
Qalarsan üzüntü, əzab içində
Sözünlə sən təzyiq etmə həkimə
Qalarsan çox ağır cavab içində
Pulun yoxsa əgər oğluna söylə
Varlının qızına meylin salmasın
Bu gün şahin kimi süzərək göylə
Sabahlar ürəyi yana qalmasın
Əgər kasıb kimi köçsən həyatdan
Məzarın ahılda seçilər bir baş
Qırx günün içində çıxarsan yaddan
Gəlməz ziyarətə nə dost, nə qardaş
Elə ölkələr var, orda camaat
İmkansız adama verir sadağa
Bizdə bu heç kəsi etmir narahat
Kasıb adamları qoyurlar lağa
Həyat biz güzgüdür, baxırıq ona
Biz ondan vədəsiz qaça bilmərik
İnsan aləmindən çəkilsək yana
Yüksək zirvələri aşa bilmərik
Müxtəlif ölçüdə yaranıb barmaq
Görürsən heç biri bərabər deyil
Yaxşı şey olsa da dünyanı varmaq
İnsanların çoxu bəxtəvər deyil
Kapitalizmdə olmur ədalət
Onu çox əzazil qanunu vardır
Bilinmir heç yerdə düzlük, həqiqət
O, kasıb adama dərddir, azardır.
Qadınlar da var.
Fərqlidi dünyada qızlar aləmi.
Gözəl , nəcabətli qadınlar da var.
Olur hər xanımın könül həmdəmi.
Ağıllı , ismətli qadınlar da var.
Qadın var , malikdi yaxşı biliyə.
Vardır onda yüksək təlim , tərbiyə.
Dəyər o, faydasız 50 kişiyə.
Gözəl xasiyyətli qadınlar da var.
Qadın var , hər daim gülümsəyir o.
Adamın gözünə nur çiləyir o.
Qadın var heç nədən çəkinməyir o.
Qorxmaz , mətanətli qadınlar da var.
Bəzisi dilavər , bəzisi laldır.
Bəzisi şüurlu , bəzisi maldır.
Bir qismi ele bil universaldır.
Çevik , hərcəhətli qadınlar da var.
Qadın var , olubdur ellərə bəzək.
Yaxşı işlərədir ondakı məslək.
Çalışıb heç zaman sındırmaz ürək.
Daim xoş niyyətli qadınlar da var.
Bəzi xanımları çağlayır həyat.
Oxuyur onlar üçün sanki muğamat.
Allah bəzisinə verib yeddi qat.
Əzəldən qismətli qadınlar da var.
Qadın var daxildən çox həyalı , şən.
Sevimli ərinə vurğundur qəlbən.
Azmaz öz yolunu milyonda versən.
Namuslu , qiymətli qadınlar da var.
Bəzi xanımların özü göyçəkdir.
Yerişi , baxışı özü göyçəkdir.
Bəzi xanımların sözü göyçəkdir.
Çox şirin söhbətli qadınlar da var.
Qadın var , çox kasıb , qalır biçarə.
Qazana bilməyir özünə parə.
Qadın var , ölkəni eylər idarə.
Məğrur , siyasətli qadınlar da var.
Qadın var, ərinə qəsd eləyir o.
Qadın var, ərini məst eləyir o.
Qadın var , çeşiddən , dəst eləyir o.
Belə fərasətli qadınlar da var.
Bəzisi evinin çölüdür , sanki.
Bəzisi evinin gülüdür , sanki.
Bəzisi elə bil ölüdür sanki.
Çevik hərəkətli qadınlar da var.
Qadın var , çoxalsa onun arpası.
Gəlir yavaş-yavaş onun tutması.
Qadın var elə bil ağıl dəryası.
Yetkin , nəzakətli qadınlar da var.
Bəzisi işiylə xalqı qoyur mat.
Həyatda heç kəsi etməz narahat.
Bəxş edir ərinə gözəl , xoş həyat.
Belə mərifətli qadınlar da var.
Şıxamir , bu dünya ülvi bəzəkdir.
Xoşbəxtlik hər şeydən daha göyçəkdir.
Qadınsız bir ömür nəyə gərəkdir?
Yarə sədaqətli qadınlar da var.
BILMƏSƏK DƏ
Zaman görür öz işini
Xoş bilsək də, bilməsək də
Yıxır neçə mərd kişini
Xoş bilsək də, bilməsək də
Naqqal bənzər diktafona
Heç kəs qiymət verməz ona
Lağlağası yetməz sona
Xoş bilsək də, bilməsək də
Həyasızda olmur vicdan
Arsız olur ondakı can
Danışana verməz aman
Xoş bilsək də, bilməsək də
Baş əyməyi sevir yaltaq
O, mərdlikdən olur uzaq
Başqasına büzər dodaq
Xoş bilsək də, bilməsək də
Acgözün var öz üsulu
Var-dövətin olur qulu
O, həddən çox sevir pulu
Xoş bilsək də, bilməsək də
Ələkləyir xalqı əyyam
Bir qismini edir bədnam
Çox yaşayır vecsiz adam
Xoş bilsək də, bilməsək də
Həyat şirin, həm də əziz
Sevir onu ürəyimiz
Dözməliyik hər şeyə biz
Xoş bilsək də, bilməsək də