• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Züleyxa Davudova şəhid anası

3-10-2023, 10:30 | Baxılıb: 375
“Züleyxa Davudova şəhid anası

Kaş məni taniyaydın

Bir çağlayan dağ seliyəm,
Tufan olsa bir dəliyəm,
Səndən yaman gileyliyəm
Kaş ki,məni tanıyaydın.

Bulud olub ağlar gözüm,
Ürəyimdə qalıb sözüm,
Sənə qurban olum özüm,
Kaş ki,məni tanıyaydın.

Sənə sənsiz vurulmuşam,
Saf bulaq tək durulmuşam,
Eşqindən dəli olmuşam,
Kaş ki,məni tanıyaydın.

Sevgim mənə oldu kədər,
Xoş anlarım getdi hədər,
Soyuqluğun bəsdir,yetər,
Kaş ki,məni taniyaydın.


Könlümə nəsihət

Könül,sənə nəsihətim var mənim,
Buyrulmayan işi sevəndən olma.
Yerli-yersiz kimsələri dindirmə,
Özünü hörmətsiz edəndən olma.

Olsan da dünyada bir böyük rəhbər,
Sənə dünya malı olsa müyəssər,
Sonda olacaqsan yerlə bərabər,
Var-dövlət dalınca gedəndən olma.

Yaxşı dosta hər an eylə etibar,
Adama hər zaman adamlıq qalar.
Hər sözü söyləmə,yerdə qulaq var,
Sirrini yadlara satandan olma.

Aldanıb inanma şeytan sözünə,
Sözün varsa, de rəqibin üzünə.
Doğru söylə,dik bax namərd gözünə,
Yaxşını yamana qatandan olma.

Züleyxa olmuşdur hər zaman nakam,
Bir kimsə etməmiş dərdinə dərman.
Əlbət bir gün gələr Allahdan fərman,
Qəflət yuxusunda yatandan olma.


Xəbərsizsən xəbərsiz

Sənə vurulmağımdan,
Alışıb yanmağımdan,
Bu yaşda azmağımdan,
Xəbərsizsən,xəbərsiz.

Tufana düşməyimdən,
Sənsiz üşüməyimdən,
Keçirsən ürəyimdən,
Xəbərsizsən,xəbərsiz.

Sənə bağlandım yaman,
Qara göz,qaşı kaman,
Həsrət verməyir aman,
Xəbərsizsən,xəbərsiz.

Baxaraq yollarına,
Daldım xəyallarına,
Həsrətəm qollarına,
Xəbərsizsən,xəbərsiz.

Gözlərimin yaşından,
Kipriyimdən,qaşımdan,
Nələr keçir başımdan,
Xəbərsizsən,xəbərsiz.

Sənə çatmayır əlim,
Yanına necə gəlim,
Yaşım olub əngəlim,
Xəbərsizsən,xəbərsiz.

Züleyxanın özündən,
Söhbətindən,sözündən,
Alovundan,közündən,
Xəbərsizsən,xəbərsiz.скачать dle 10.6фильмы бесплатно


375

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.