• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şüküfə Göyçəli

3-10-2023, 11:00 | Baxılıb: 335
“Şüküfə Göyçəli

Dünya

Əcəl dayanıbdır astanamızda,
Ölüm at oynadır cahanda dünya.
Əl acıb dilənir, bələkdə körpə,
Astarı üzündən bahalı dünya.

Zəmanə amandır aglar qəlbimiz,
Onsuzda olduqca coxdur dərdimiz.
Nə namu,nə ismət keçib səddimiz,
Görürük bu gündə sabahı dünya.

Əl acıb göylərə möhtacdır gözlər,
İnsanlardan cəkilmir fitnə əməllər,
Nədir bu millətin günahı dünya.

Yazdım səni ömrümə.
Şikar baxışların gözümdə coşub,
Payız küləyitək əsdin ömrümə,
Sənin o sözlərin şirin bal kimi,
Axdı ürəyimin dərinliyinə.

Səni gördüm axar sular dayandı,
İşıgından pərvanələr də yandı,
Elə baxma susar simim amandır,
Həsrət əlin kaş dəyəydi əlimə.

İnanmıram baxışlarım aldadır,
Bu eşq məni asimana qaldırır,
Aman Allah yeri, göyü yandırır,
Sevirəm desəm yamam düşər dilimə.

Fəqət məni sənə cəkən qolların,
Görüşünə yol gətirən yolların,
Ayrılarkən mənsiz kecən anların,
Yazan əlim yazdı səni ömrümə.

Pay istəsən pay verərəm ömürdən,
Ala bilməz hec kim səni əlimdən,
Şükufəyəm,sevmişəm mən əzəldən,
Ayrılmaram sözün varmı sözümə??..



Ürəyimdə atəşinin közü var,
Yanagımda öpüşünün izi var,
Xəyalımda istəyiminözü var,
Ötsə necə fəsil,ötsə necə yaz,
Bu sevda unudulmaz

Hər addımda biz üz üz gəlirik,
Bir birimizi görəndə pərt edirik,
Axı biz biri birimizi sevirik
Bu eşq icimizd eyləyir pərvaz,
Bu sevda unudulmaz.

Birgə yaşadıgımız günlərimiz var,
Xoş kecən günlərimiz,aylarımız var
Biri birinə baglanan tellərimiz var,
Baglanan o tellər hec vaxt qırılmaz,
Bu sevda unudulmaz.

Barışmıram mən.

Bir ömür bir həyat vermisən mənə,
Niyə bu həyatla barışmıram mən.
Azad yaşamaga aman veribdir,
Niyə bu həyatla barışmıram mən.

Dünyada özüycün yaşayır hər kəs,
Kiminə gözəldir,kiminə əbəs,
Görəsən dünyada nəyim catmır bəs,
Niyə bu həyatla barışmıram mən,

Fikirim dumanlı, üzüm qəmlidir,
Ürəyim acılı yamam dərdlidir,
Sinəm od tutub yanan kimidir,
Niyə bu həyatla barışmıram mən.

Elə bil süzülüb axan kimiyəm,
Elə bil saralan xəzan kimiyəm,
Elə bil qaralan duman kimiyəm
,Niyə bu həyatla barışmıram mən.

Bir həyat iki evlad hətda verib ad,
Niyə bu həyatla barışmıram mən,
Nədir istədiyim nədir görəsən ,
Niyə bu həyatla barışmıram mən.

Məndən uzaq dur.

Bir zaman dəli kimi sevdiyim gözəl,
İndi adiləşmisən məndən uzaq dur.
Nə biləydim sevgi sənincün hecmiş,
Saxtasan ,fitnəsən məndən uzaq dur.

Axx necə sevdim bilmədim özüm,
İçimdə öləydi sevdalı sözüm.
Kor olaydım səni görəndə gözüm,
Könlün viranəymiş, məndən uzaq dur.

Şükufəyəm,bir daha gəlmərəm dinə,
İnanıb güvənmərəm birdə sevginə.
Ruhun gəlib özü ayagıma enə,
Dinsiz imansızsan,məndən uzaq dur.

Şükufə Göyçəli.
AYB Şimal Şərq Regional Bölgəsinin üzvü.скачать dle 10.6фильмы бесплатно


335

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.