• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Adilə Aslanova

4-10-2023, 14:30 | Baxılıb: 867
“Adilə Aslanova

TAMAMLA BU ZƏFƏRİ!
AZƏRBAYCAN ƏSGƏRİ!

ALLAH ORDUMUZU QORUSUN!

Yenə qartal baxışın
Dikilib Xankəndinə.
Sən Şuşamın fatehi,
Bax qalan son tikənin
Sərhəddinə, səmtinə.
Oy yağının gözünü!
Arxanda bir el durur!
Dalğalanan, kükrəyən
Daşacaq bir sel durur!
Min atına " Cəngi" çal!
Gülsün ağlar Xocalın!
Tamamla bu zəfəri!
Azərbaycan əsgəri!


Darıxıram.

Bu necə nisgildi, necə ağrıdı,
Nə buzu açılır, nə də sazağı.
Soyunub tökəndə payız yarpağı.
Əynimə biçmişəm mən darıxmağı.

Masanın üstündə vurnuxur qələm,
Ürək qəlpə kimi sıxıb göynədir.
Mən rəssam deyiləm, de necə çəkim?
Biləsən darıxmaq hansı rəngdədir.

Sığınar yer göyə, cocuq anaya,
Bir köynək yol qalar toxtamağına.
Könlümü bir duyğu ala- almaya,
Durub sarılaram darıxmağıma.


Adı sorulmaz

Budur, üfüqlərin dan ərəfəsi,
Gecəni diriltdim, yenə gözümdə.
İçimdə sarsılan kor düşüncəmin,
Üstündə oturub bitdim özüm də.

Nə ağır olurmuş özünün hökmü,
Təsdiqi , inkarı suala dönür.
Xərclənib qurtaran qara pul kimi
Bircə an içində qumara dönür.

Göymü guruldayır, xəzanmı ötür?
Havalar soyuyur pəncərəmizdə.
Ulduzlu naxışlar çəkilib gedir,
Gecə tərin tökür nəm şüşəmizdə.

İçindən boğulmaq ölümdən betər,
Səsindən kimsənin xəbəri olmaz.
Ruhu diriltməyə bircə söz yetər,
Möhürlü sənədin adı sorulmaz...

ALLANAR ADAM

Payızın günəşi yayı gətirməz,
Bürküsündən çaşıb hallanar adam.
Vaxt çapar at kimi, xəbərin olmaz,
Heç kəs yox özünə allanar adam.

Dilin acı tapmaz, çəkib gedəsən,
Xatirən nəmlədər kipriklərimi.
Sən rəssam deyilsən, hardan biləsən,
Fırça əllərimin çəkdikıərini?!

Bir az danışarıq "Soyuq günəş"dən,
Bəlkə də günəşdən donub ölən var.
Kül altda səngiyib sönən atəşdən,
Param- parça olub, tən bölünən var.

Payızın günəşi yayı gətirməz,
Bürküsündən çaşıb hallanar adam.
Vaxt çapar at kimi, xəbərin olmaz,
Heç kəs yox özünə allanar adam...


Payız

Gözəllik, təntənə, qızıl taxt, saray,
Çıxmısan taxtına, şahmısan, payız?!
Mən ki, sevməmişəm səni heç zaman,
Bəs niyə ruhuma hopmusan, payız?!

Sevən könüllərin toyu, büsatı,
Qızıla döndərib vaxtı, saatı,
"Murad" dediyimiz o köhlən atı,
Səyirdib arxamca çapmısan, payız!

Bahardan uzaqsan, yaydan uzaqsan,
Bir az nisgillisən, bir az sazaqsan,
Öz qızıl taxtından düşmə uzaq sən,
"Fil qulağında"mı yatmısan, payız!?

O dağ zirvəsindən əzəmət gətir,
Sevən urəklərə mərhəmət gətir,
Təzə meyvələrdən yığ, səbət gətir,
Yoxsa köhnələri atmısan, payız!?

Durub qabağından qaça bilmirəm,
Durna qatarıyla uça bilmirəm,
Nə sirrdir, sehirdir aça bilmirəm,
Məni qabağına qatmısan, payız!
Deyəsən ruhuma hopmusan, payız!скачать dle 10.6фильмы бесплатно


867

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.