• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nazlı Nurəsəd

5-10-2023, 22:30 | Baxılıb: 798
“Nazlı Nurəsəd

Kim deyir ki unutdum səni ?
Baxdığım hər yerdə səni görürəm
Həsrətin məskən salıb köksümdə
Əvvəlki tək danışmıram, gülmürəm

Yetərsizdi sözlərim cümlələrim
Mən səni kimləsə əvəz edə bilməmişəm
Bir sevgi böyütmüşəm qəlbimdə
Varlığına şükür edib, yoxluğuna üsyan etmişəm

Sənsizlik yıxır məni zaman keçdikcə
Həsrətinin alovundan kül oluram hər gecə
Bu yükü bu yaşda daşıyım de necə ?
Gülüm:- Əcəl gəlib qonağımdır bu gecə


Həsrətin dağ çəkib köksümə gülüm
Nəfəsim daralır yetişmir ölüm
Vaxtsız ayrılığın gətirdi zülüm
Nə olar gel daha ,gəl ömrüm günüm

Bilirəm duyursan bu fəryadımı
Gözümdən süzülən hər damla yaşı
İçimdə baş tutan fırtınaları
Ovutmur, dindirmir bir kimsə Gülüm

Kimdən alım sənsizliyin dərmanın
Könül istər ki hər an yanında olum
Ötən hər günüm,hər dəqiqəm, anım
Sanki cəhənnəmdir,zillətdir Gülüm

Gedişinin yükünü daşıya bilməz oldum
Olmadığın bu dünya ilə barışmaz oldum
Getdikcə borana sisə qərq oldum
Nə olar gəl daha gəl ömrüm günüm

Bir bilsən sənsiz nə hallardayam
Qəlbim qırılır hər adi sözdən
Tükənir taqətim üzülür ürək
Nə olar gəl daha gəl ömrüm günüm

Yaralı qəlbimə sonsuz məlhəmim
Qaranlıq gecəmə doğan günəşim
Canım çox yanır, çatmır nəfəsim
Al məni yanına nə olar Gülüm

Tanrım məni sənsizliklə Sinayir
Sanki gələn günlərim sayılı qalıb
Yoxluğun köksümdə nalə qoparır
Nə olar gəl daha gəl ömrüm günüm



Hardasan sən ? Yoxluğuna dözmək çətin
Darıxmaqmı? Adı olmuş həsrətimin
Çəkilmir bu həyat sənsiz
Bilirsənmi? Necəydi qəlbimdə yerin

Gedişinlə bütün həyatım dəyişmədimi?
Gülüşüm üzümdə saralıb soldu
Sənsiz bir hekayəm yazılır artıq
Gözümün yaşları axdı sel oldu

Yorulmuşam necə deyim yaşayıram
Tükənir taqətim, üzülür qəlbim
Canımdan can çıxır hər gecə mənim
Birdə görəcəksən səssizcə qapını döyürəm sənin

Demirəm gəl yanıma, qayıt dünyama
Demirəm sev məni ,həyata bağla
Ölürəm nə olar ,apar yanına
Ruhsuz yaşamağım öldürür məni


Qələmim bu gündə səndən danışır
Nə qədər yazsam da sözlər yetməyir
Danışıram, gülürəm həyatdır deyib
Bil içimdəki həsrət hələ bitməyib

Dərdimə bir çarə axtararkən mən
Həsrətin, hicranın şərabın daddım
Kaş bircə dəfə meyxoş olsaydım
Sənsiz bu həyatda çox oyaq qaldım

Xəyalın canlanır gözümün önündə
Əllərim əlinə uzanan qaldı
Bəlkə Tanrıya sual edəsən?
Tərk edib getdiyim nəvəm mənsiz
Bu qədər zaman necə tək qaldı?

Düşünmə bir an belə olsa unutdum səni
Ruhumu ruhuna həbs elədim mən
Çətindi yaşamaq biləsən bunu
Az qalıb Gülüm addım-addım sənə gəlirəm mən.



Gülümsə şeirim olmusan bu gün
Dərdimə ortağım deyilsən amma
Ey mənim üzümdə solan gülüşüm
Sən mənim ilk eşqim,ilk məhəbbətim

Sən sevgi yolum, eşq məbədim
Bitmək bilməyən dərdim sərim
Heçnə etmir yoxluğuna çarə
Sən ey ilk eşqim, ilk məhəbbətim

Dərdini dərd edib dərdli ürəyim
Hey səni axtarır qəmli gözlərim
Susub,lal olub danışan dilim
Sən ey ilk eşqim,ilk məhəbbətim

Həsrətimin dili yoxdur danışsın
Gücüm yoxdur bu can yoxluğunla barışsın
Qoyma ürək sənsizlikdən alışsın
Sən ey ilk eşqim,ilk məhəbbətimскачать dle 10.6фильмы бесплатно


798

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.