• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Osman Ümman

16-10-2023, 08:30 | Baxılıb: 424
“Osman Ümman

BİZ QALİB GƏLDİK .

Buz bağladıq soyuğunda- qışında,
Tarix yazdıq çınqılında- daşında.
Yallı getdik Murovdağın başında,
Bu savaşda mətinləşdik, bərkidik,
Biz qalib gəldik .

Nifrətimiz hədəf oldu süngüyə,
Barmağımız qaynaqlandı tətiyə,
Bayraq sancdıq Xudafərin körpüyə,
Ucaldı başımız, qalxdıq, dikəldik,
Biz qalib gəldik .

Çəkinmədik nə ölümdən, nə qandan,
Vətən üçün keçdik şirin canından.
Nərə çəkdik; ölümə ölüm, qana qan,
Düşmən taxtı alt üstünə çevirdik,
Biz qalib gəldik.


YOL GEDİRƏM .

Bürünüb dərviş libasa ,
Bir əlimdə dəmir əsa,
Batıb qəmə,bstıb yasa,
Gündüz- gecə yol gedirəm.

Boylana önə- arxaya ,
Gah sevinə, gah ağlaya.
Saqqalımı tumarlaya
Gecə- gündüz yol gedirəm.

Üz tutmuşam zirvələrə,
Ayaq altda uçrum- dərə.
Bata- bata al qan, tərə ,
Gecə- gündüz yol gedirəm.

Heybəmdə var bircə xurma,
Kəsib yolum bığıburma.
Mənzil uzaq, haydı,, durma,
Gecə- gündüz yol gedirəm.

Gedim, çatım muradıma ,
Rəhmət deyilsin adıma.
Düşübdür cənnət yadıma,
Gündüz- gecə yol gedirəm.


YUXU.

Yuxu gordüm bu gecə;
Məzarımı ot basmışdı.
Gül ləçəyi şehli idi,
Yəqin , kimsə ağlamışdı.
Rəngi solmuş başdaşıma
Qara yaylıq bağlamışdı.
Tapdanmışdı o dar cığır,
Ləpir ayaq başmağıydı.
Yellənən o qara yaylıq
Bir gözəlin yaşmağıydı.
Mən ölsəm də, yaşayırmış
Nakam eşqin əzabları.
Yer üzünün bir gözəli,
Ölçür- biçir bu yolları.
Söz tapmıram bu eşqə mən,
Ləpir vüsal sorağıydı.
Yellənən o qara yaylıq
Məzarımın bayrağıydı.


ANAMI AXTARIRAM.

Yaş gəldikcə yaş üstə,
Anamı axtarıram.
Yaş axır balış üstə,
Anamı axtarıram.

Solur ömür güllərim,
Gərgin keçir günlərim.
Əsir daha əllərim,
Anamı axtarıram.

Arxasızdır kürəyim,
Kövrək olub ürəyim.
Anam olub gərəyim,
Anamı axtarıram.

Gözüm yola dikəlmiş,
Yazıq ürək nə çəkmiş,
Qocaya da gərəkmiş,
Anamı axtarıram.

Allah bilir ağrımı,
Hicran yaxır bağrımı.
İtirmişəm ağlımı,
Anamı axtarıram.скачать dle 10.6фильмы бесплатно


424

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.