BAĞA BAXARSAN BAĞ OLAR.
Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də, bütün bağların sınması, onun məhvinə səbəb oldu. Azərbaycan müstəqil ölkə kimi həm özünü erməni terroristlərindən müdafiə etməli, həm də, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də, islahatlar aparmalı idi. Bu proseslərin hamısı oldu, yaxşı-pis, artıq onu zaman göstərəcəkdir. Əsas odur ki, yenicə müstəqilliyini əldə etməsinə baxmayaraq, dağılmaqda olan respublikanı iri canavarların ağzından qurtarmaq üçün Xalqın təkid və tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev paytaxta qayıtdı və qalan bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr etdi. Yarımçıq qalmış problemləri isə özündən sonra xalqını etibar etdiyi siyasi varisi İlham Əliyev cənablarına tapşırdı. O, da, bütün işlədiyi dövrdə, o cümlədən 44 günlük “İkinci Qarabağ Müharibəsində” buna sadiq olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dünyada informasiya texnologiyalarının daha da, inkişaf etdiyi bir dönəmə təsadüf etdiyi üçün o da, bundan çox böyük məharətlə istifadə etməyə başladı. Bunu bütün sahələrdə görmək elədə çətin deyildir, istər təhsil, səhiyyə, istər də, yüksək texnologiyalar sahəsində də, inkişaf göz qabağındadır. Bu gün Azərbaycanın məktəblərində ağıllı övhələrlə yanaşı, Peyki də var. Müasir kənd təsərrüfatı texnikaları da, artıq hər bir rayonda var desək, yanılmarıq.
Araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycanda Kənd təsərrüfatının inkişafı üçün bütün imkanları yaradıb. Düzdür islahatlar zamanı bir sıra gözüaçıq məmurlar, istər Dövlət təyinatlı, istər də, örüş yerlərini uzun müddətli icarə adıyla hasarlayaraq, istifadəsiz saxlayırdılar. Lakin bir müddət keçdi Cənab Prezident bütün bu neqativ hallardan xəbərdar oldu və kənd təsərrüfatı sahəsində də, kadr dəyişiklikləri etdi. Bununla da, bir çox məsələlər öz həllini tapmağa başladı. Dövlət təyinatlı torpaqların necə istifadə edilməsiylə bağlı araşdırmalarımız bizi Balakən rayonu Meşəşambul kəndinə gətirib çıxardı. Səssiz-səmirsiz məlumat aldığımız ən böyük sahəyə yollandıq. Açığı desəm mən belə bağları Almaniyada görmüşdüm, Köln şəhərinin ətrafında. Hətta yarızarafat, yarıgerçək demişdim ki, siz bu meyvə ağaclarına dərs keçirsiniz?, bunların hamısı nədən belə eyni cərgədə, eyni boydadırlar, sanki əsgər duruşu dayanıblar. Balakəndə gördüyüm bağlar mənə onu deməyə əsas verdi ki, bizim bağlar orada gördüyümdən daha səliqəli düzülüşdə idilər. Düzdür mən 2008-ci ildə Kölndə olmuşam. Ancaq yenə də, gördüyüm ilk mənzərə məni valeh etdi.
Bağların sahibi, Fermer, sözün əsil və hər mənasında sahibkar Zaur Əhmədiyev bizi qarşıladı. Zaur müəllim (bəli, müəllim, müsahibim çox savadlı olduğu üçün bizdə belə təəssürat yaratdı) bizimlə söhbəti zamanı dedi ki, sözügedən torpaqlar 1997-ci ildən onların ailəsinin istifadəsindədir. Ancaq 2004-cü ildən uzunmüddətli, yəni 49 illik müqavilə bağlayaraq, böyük sərmayə qoyulmağa başlanılmışdır. 2019-cu ildən isə rəngarəng meyvə bağları salınmışdır. Tinglərin çoxunu Türkiyədən, İspaniya və İtaliyadan gətizdirmişik, yerli sortlar da, var, ancaq məhsuldarlığa baxanda istədiyimiz kimi alınmır.
Meyvələrdən Armud, Şəftəli, Ərik, Badam, Gilas, Gavalı və s. bağlarla tanış olduq. İlk öncə aqrotexniki qulluq diqqətimizi çəkdi. Demək ki, “Atalarımız boş yerə deməyiblər: “Bağa baxarsan bağ, baxmarsan dağ olar”, biz Zaur Əhmədiyevin Bağa baxmaqla bütün prinsiplərə riayət etdiyinin şahidi olduq. Zaur müəllim dedi ki, bizim gördüyümüz işlər əvvəlindən Azərbaycan dövlətinin qanunlarına söykənib. Belə ki, “AZZA” MMC yaradaraq bütün bu gördüyünüz işləri görmüşük: “Bilirsiniz ki, sahələr böyüdükcə onların suvarılması da, çətinləşir. Odur ki, böyük sərmayə tələb etməsinə baxmayaraq, biz də müasir dövrün tələbləri ilə ayaqlaşmağa başladıq. Azərbaycanda ilk dəfə olaraq 35 hektar sahədə “Damlama Suvarma Sistemləri” qurduq. Və gördüyünüz bu səliqə-səhmanlı bağların hamısı sözügedən suvarma sistemləri sayəsində suvarılır. Gördüyümüz bu işlər Dövlətimizin diqqətindən kənarda qalmadı, Kənd Təsərrüfatı Nazirliyi məni ayın fermeri elan etdi. Bağlarımız cavandır, odur ki, məhsuldarlıqdan danışmaq hələ tezdir. Ancaq bu il ərik və nektarin yığmışıq. Mövsümi və daimi işçilərimiz var. 26 insan öz ailəsinə çörək apara bilir, bəzən mövsümdə 50 –dən çox işçi də cəlb etdiyimiz vaxtlar olur.
Bu gün hər bir iş əziyyət tələb edir, əgər işləmək istəyirsənsə Dövlət sənin qayğını çəkir və həmişə arxandadır. Baxın, təkcə damlama suvarma sistemlərinə görə, subsidiyalar verilir. Texnika, traktor vəyaxud qoşquların alınmasında Dövlət böyük dəstək verir. Elə texnikalar vardır ki, onların 40%-i Dövlət öz hesabına ödəyir. Hər hektar bağa 800 azn subsidiya verilir. Bütün bunlar onu deməyə əsas verir ki, Dövlət sənin arxandadır, yetər ki, sən işləmək istə.
Mənim torpağa bağlılığım, xasiyyətcə atamdan keçib. Dünyanın bir çox yerlərini gəzmişəm. Hələ uşaqlıqdan isə atamın torpağa bağlılığını görmüşəm. Odur ki, sonunda təsərrüfatın başına keçməli oldum. Bu gün bizim ailəmiz təkcə bağların salınmasıyla məşğul deyildir. Əkinçilik, maldarlıqla da, məşğul oluruq. Belə ki, 190 hektar sahədə taxıl (arpa və buğda) 33 hektar sahədə isə qarğıdalı əkmişik. 320 baş iri buynuzlu mal-qaramız da var. Örüş yerlərimiz də, olduğu üçün bir o qədər əziyyət çəkmirik.
Sonda onu demək istəyirəm ki, əziyyətsiz heç nəyə nail olmaq olmaz. Bütün sahələr eynidir, əziyyət çəkərsən, bəhrəsini də, görərsən. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, Kənd Təsərrüfatı nazirliyinin fermerlərə, sahibkarlara dəstəyini hiss edirəm. Bu gün Prezidentin Balakən rayonu üzrə nümayəndəsi İslam Rzayevin adını xüsusi qeyd etmək istəyirəm. Hər hansı bir kiçik də, olsa problemlə bağlı müraciət edəriksə həmişə öz dəstəyini verir. Bizə hiss etdirir ki, Dövlət sahibkarın, fermerin yanındadır. Odur ki, Başda Dövlət başçımıza, Kənd təsərrüfatı nazirliyi və rayon icra hakimiyyətinə sizin vasitənizlə öz minnətdarlığımı bildirmək istəyirəm.”
Bəli, deməli təkcə Avropada deyil, ən ucqar rayonlarımızda da, elə meyvə bağları salmaq olar ki, avropalıların özləri təcrübə üçün bizlərə müraciət edər, yetər ki, buna istək olsun.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü