RAYON POLİS ŞÖBƏSİ RƏİSİNDƏN ÖRNƏK ADDIM.
Bu günlərdə Zaqatalada yaşayan Bir cavan oğlanla təsadüfən tanış oldum.
Məlum oldu ki, Abbasov Fərhad Aydın oğlu Birinci QARABAĞ müharibəsində qazi olmuş Aydın Abbasovun oğludur.
Fərhad özü də, ALİ BAŞ komandanın, Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Və Zəfərlə başa çatan İkinci QARABAĞ MÜHARİBƏSİ iştirakçısıdır.
Fərhad Sentyabrın 27 də ilk könüllü gedən döyüşçülərimizdəndir.
Fərhad çox hündür boylu və idmançı cüssəli olduğuna görə ondan soruşdum ki, nədən hüquq-mühafizə orqanlarında xidmətə getmir?
Fərhad gülümsəyərək dedi: Siz lap ürəyimdən xəbər verdiniz. Bu günlərdə Zaqatala RPŞ -də oldum. Zaqatala rayon polis şöbəsinin rəisi Vəfadar müəllim məni elə doğma qəbul etdi ki, bu sahəyə hörmətim və həvəsim biraz da artdı.
Vəfadar müəllim nə qədər alicənab, sadə, səmimi insandır.
Cənab Prezidentə
Daxili İşlər nazirinə sədaqətli olması hər kəlməsində hiss olunurdu.
İnanmazsınız mən ilk dəfə belə polis rəisi görürdüm. Çox təvazökar idi. Tapşırıq verdi ki, məni ayrıca yoxlasınlar və dedi ki, bizim sistemə elə sizin kimi qorxmaz, cəsur döyüşçü, canlı-cüssəli polislər lazımdır.
Mən də, açığı bu səmimiyyətə görə necə minnətdarlığımı bildirəcəyimi bilmirdim.
Sizin vasitənizlə Daxili İşlər Naziri Vilayət Eyvazova və Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Ona görə ki, bölgələrə belə alicənab rəislər təyin edirlər...
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.