Balakən Rayonu Qazma Bir Saylı Tam Orta Məktəbində “Köçərilərlə Gələcək” Adlı Maraqlı Layihə Hazırlanıb.
QAZMA BİR SAYLI TAM ORTA MƏKTƏBİNDƏ AZSAYLI XALQLARIN NÜMAYƏNDƏLƏRİNƏ AZƏRBAYCAN DİLİNİN YAXŞI MƏNİMSƏNİLMƏSİ ÜÇÜN ƏLAVƏ KURSLAR TƏŞKİL OLUNUB.
Diaspor.infonun Şimal-Qərb bölgəsi xəbər verir ki, Balakən rayonunda
“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinə” uyğun olaraq çox maraqlı layihələr həyata keçirilir.
Balakən rayonu Qazma kənd 1 saylı tam orta məktəbin direktor əvəzi Esmira Qurbanova tədris müəssisəsinin rəhbərliyi ona həvalə olunduğu gündən məktəbin əvvəlki şöhrətini özünə qaytarmağa çalışır. Bir neçə il bundan əvvəl sözügedən tədris ocağı kənd məktəbləri arasında yaxşı nüfuza sahib olub. Ancaq ötən il sözügedən təhsil ocağında söz-söhbət olduğu üçün kollektivdə də, ayrıseçkilik yaranmışdır. Esmira müəllimə rəhbərliyi öz əlinə aldığı gündən yeniliklər, maraqlı layihələrlə daha çox məşğuldur.
O, kollektivdə özünəinamı da, yarada bilib. Məktəbin maraqlı layihələrindən biri bizim diqqətimizi də, çəkdi. Belə ki, təbliğat üçün broşuraların çap edilməsi və son vərəqində Şəhid haqqında geniş məlumatların əks olunması təqdirəlayiq haldır. Esmira xanım layihə haqqında qıssa da, olsa bizə də, məlumat verdi: Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə Ümumi təhsil müssisələri kateqoriyası sahəsində V-ci qrand müsabiqəsi çərçivəsində qalib gəlmiş “Köçərilərlə gələcək” layihəsi Balakən rayon Qazma kənd 1 saylı tam orta məktəbində təhsil alan fars dilli uşaqlarin maarifləndirilməsi üçün nəzərdə tutulub. Qazma kənd 1 saylı tam orta məktəbində 33 nəfər azsaylı xalqın nümayəndələrindən olan, fars dilli Qaraçı şagirdlər təhsil alır. Bu şagirdlərin istər təhsil sahəsində istərsə də, bir vətəndaş kimi tərbiyəli, nümunəvi bir gənc kimi formalaşması aktual bir məsələdir. Bu sahədə aparılan maarifləndirmə işlərində şagirdlərlə tanışlığım zamanı məktəbimizdə təhsil alan IV-cü sinif şagirdlərinin 100 faiz məktəb tədbirlərində iştrak etməməsi, yerli dialekt sözlərindən daha çox istifadəsi, tələffüz normalarına düzgün əməl olunmaması, ədəbi dil normalarının pozulduğunu aşkarladım. Valideynlərlə və şagirdlərlə apardığım sorğu zamanı asudə vaxtlarında, ev şəraitində daha çox Fars dilində danışmaları, Azərbaycan dilində danışa biləcəkləri əlavə alternativlərinin və buna şəraitlərinin olmadığını dilə gətirdilər. Şagirdlərin bu sahəyə olan marağını artırmaq üçün 33 nəfərdən ibarət Azərbaycan dilinin tədrisinin daha yaxşı mənimsənilməsi üçün kurs və psixoloji dəstək təşkil edəcəm. Bununla da şagirdlər nitqin dəqiqliyinə, düzgünlüyünə və nitqin ifadəliliyinə düzgün əməl edəcək, özlərini daha aydın ifadə etməyi bacaracaqlar. Belə düşünürəm ki, əlavə təşkil olunmuş proqramlar azsaylı xalqların nümayəndəsi olan fars mənşəli kənd ictimaiyyətinin də rəğbətinə nail olacaqdır.
Layihənin icrasında məqsəd şagirdlərin gözəl nitqə sahib olmaları, özlərini daha dolğun ifadə etmələri və şeir müsabiqələrində, təqdimatlarda daha öz güvənli şəkildə iştrak etmələrinə şəraitin yaranması olacaqdır.
Layihənin vəzifələri
Vəzifə 1. Fars dilli uşaqlar üçün təlimlərin təşkili
Vəzifə 2. Müsabiqəyə hazırlıq, maarifləndirici videolarin təqdimati
Vəzifə 3. Psixoloji dəstək
Vəzifə 4. Məktəbdaxili yarışlar
Vəzifə 5. Bayraq muzeyinə gəzinti
Sonda Azərbaycanın qəhrəman oğlu Şəhid Keçiliyev Turqut Aydın oğlu haqqında məlumatı oxucularımıza da, təqdim edirik.
Şəhid Keçiliyev Turqut Aydın oğlu 1997-ci il noyabrın 26-da Balakən Rayonunun Hənifə kəndində anadan olub. 2004-cü ildə Qazma 1 saylı kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2015-ci ildə 11-ci sinfi bitirmişdir. 2016-cı ilin yanvar ayında hərbi xidmətə çağrılmışdır, Qazax rayon Abbasbəyli kəndinin N sayli hərbi hissəsində xidmət etmişdir. 2020-ci ilin 29 sentyabrında könüllü olaraq Qarabağ müharibəsinə getmiş, oktyabrın 25-də Füzulidə şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin “azad olunması uğrunda, “Cəbrayılın” azad olunması, “Vətən” uğrunda, “Cəsur döyüşçü” “Medalları” ilə təltif olunmuşdur.
Diaspor.info
Balakən.
921