İkinci Qarabağ savaşı başlayan kimi Şanlı Azərbaycan ordusu irəliləməyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən Müharibəsi Məhərrəm Əsgərov kimi Birinci Qarabağ şəhidlərinin ruhunu şad etdi. Belə ki, onların uğrunda öldükləri torpaqlarda artıq yağı düşmən gəzmir.
Şəhidimizi oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında bildiklərimizi olduğu kimi yazırıq: Əsgərov Məhərrəm Məhəmməd oğlu 1 aprel 1974-cü ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Naxçıvan MR-sı Sədərək qəsəbəsində hərbi xidmətdə olub. Ağdamın Əfətli, , Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 1994-cü il aprelın 24-də Füzuli rayonu Qaraxanbəyli kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Zaqatala rayonu Yuxarı Tala kəndində dəfn olunub. Kəndin küçələrindən birinə Əsgərov Məhərrəmin adı verilmişdir.
Şəhidimiz haqqında qardaşı Vüqar ilə həmsöhbət olduq: Əsgərov Məhərrəm Məhəmməd oğlu 1974-cü il aprelin 1-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. Zaqatala şəhər 2 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Bakida İnşaat Mühəndisləri İnstitutunda oxumuğa başlamış, lakin 1-ci kursda Vətənin dar gündə olduğunu görərək təhsilini yarımçıq qoyub cəbhə bölgəsinə gedir. 2 ay Bakıda təlim keçdikdən sonra, Füzuli rayonunun Qaraxanbəyli kəndinə gedir və elə orada 1994-cü ilin aprelində qəhrəmancasına şəhid olmuşdur. 1994-cü il aprelin 24-də, şəhid olub. Zaqatala rayonunun Yuxarı Tala kənd qəbristanlığında dəfn olunub. Məhərrəm məndən böyük və boylu buxunlu oğlan idi. Oxumağa çox həvəsi vardı.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və Yazıçılar birliyinin Üzvü