AYDIN SAĞ QALMAQ İMKANI OLA-OLA, ƏSİL DOSTLUQ NÜMUNƏSİ GÖSTƏRƏRƏK, ŞƏHİD OLMUŞ DOSTLARINI YAĞIŞ KİMİ YAĞAN MƏRMİNİN ALTINDAN ÇIXARDIQDAN SONRA, YENİDƏN DİGƏR ŞƏHİDLƏRİN NƏŞİNİ ÇIXARMAĞA GEDİB VƏ ELƏ HƏMİN ZAMANDAN SONRA DA, GERİ DÖNMƏYİB.
Birinci Qarabağ savaşı başlayan vaxtı Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi, nə nizamlı ordusu, nə də, ki, valyuta ehtiyyatları var idi. Xalq ayağa qalxaraq, şəxsi var-dövlətini, gəlinlər, analar qızıllarını sataraq, cəbhəyə yardım göndərirdilər. Həmin dövrdə nəinki silah almaq, hətta ərzaq almağa dövlətin imkanları yetərincə deyildir. Odur ki, xalqımızın qeyrətli oğulları əliyalın da, olsa silaha sarılaraq, vətənin müdafisəsinə qalxmışdılar. Aydın Muradov da, ölümün üzünə dik baxan, heç nədən qorxmayan əsil Azərbaycan oğlu kimi könüllü olaraq cəbhəyə gedənlərdəndir. Sovet ordusunda xidmət edənlərin əksəriyyəti ermənilərin hərbi xidmətdə necə qorxaq olduqlarını bildikləri üçün, onların bu cəsarəti haradan aldıqlarından xəbərsiz idilər. Odur ki, hamı deyirdi - ermənilər təkbətək döyüşlərdə həmişə məğlub olublar, indi necə ola bilər ki, Qarabağda onlar bizə qalib gəlsinlər? Ancaq siyasətdən anlayanlar bilir ki, günü bu gün də, ermənilər öz havadarlarından aldığı maddi vəsait, silah-sursatla bizim üzərimizə hücum edirdilər. Bizim dövlətimiz isə hələ ayaqları bərkiməmiş bir körpəyə bənzəyirdi. Bu ötən illərdə isə Azərbaycan təkcə silahlanmadı, bununla bərabər iqtisadi cəhətdən də, gücləndi və dünyanın aparıcı dövlətləri ilə çiyin-çiyinə inkişaf etməyə başladı. Bu müharibədə də, Azərbaycan təkcə ermənistanla deyil, dünyanın bir çox dövlətləri ilə həm siyasi, həm informasiya sahəsində mübarizə aparırdı.
Aydın Muradov haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza çatdırmaq istəyirik:
Muradov Aydın Murad oğlu 1970-ci il iyunun 11-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. 4 saylı Yuxarı Tala kənd səkkizillik məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1993-cü ildə Xocavənd rayonu ərazisind gedən döyüşlərdə itgin düşüb.
Muradov Aydın haqqında daha geniş məlumat almaq üçün Zaqatala rayonu Yuxarı Tala kəndinə getdik və şəhidimizin qardaşı Adil bizə də, bildiklərini danışdı: Biz 2 bacı, 2 qardaş olmaqla ailədə 4 uşaq olmuşuq. Aydın məndən böyük olub. İcəsənətə çox meyilli biri idi, yaxşı meyxana deyən olub. Əsgər yoldaşları onu Mixaylo adlandırırdılar. Gözündə qorxu olmayan bir adam olub.
Qardaşım Muradov Aydın Murad oğlu 1970-ci il iyunun 11-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 1993-cü ildə Yuxarı Tala kənd 4 saylı səkkizillik məktəbini bitirmişdir. Aydın 1988-1990-cı illərə kimi Qazaxıstanda hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Zaqatala batalyonuna qoşularaq, müharibəyə gedib. 1993-cü ilin yanvarında bizə itgin düşdüyü haqqında məktub gəldi. Zaqatala batalyonunda Mövləddin adlı bir əsgəri cəbhədən çıxarıb və deyib ki, gedim digər yaralıları da, çıxarım və elə ondan sonra geri qayıtmayıb. Biz xeyli axtardıq amma qardaşımı tapa bilmədik.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.