Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yengiyan kənd sakini İsmayılov Vüqar Həsən oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yengiyan kəndinə yollandıq. Vüqarın atasıyla görüşüb xeyli söhbətləşdik: Ailəmdə 5 uşaq olub, onlardan 3-ü oğlan 2 –si isə qız idi. Vüqar evin böyüyü olub. Oğlum İsmayılov Vüqar Həsən oğlu 1974-cü il avqustun 7-də Zaqatala rayonunun Yengiyan kəndində anadan olub. 1981-1992-ci illərdə Yengiyan kənd orta məktəbində təhsil alıb. İmtahanlara hazırlaşırdı, ancaq ali məktəbə qəbul ola bilmədi. Oxumağa həvəsi böyük olub.
1993-cü il yanvarın 10-da həqiqi hərbi xidmətə çağırıldı. Vüqar “Desant voyskasına” düşmüşdü. Fevralın 19 –da, “Andiçmə” olmalıydı getdim baxdım ki, hərbi hissə yerində yoxdur. Fevralın 12-də Vüqargili birbaşa döyüşə aparıblar. Böyük bir zəmbil aparmışdım, içərisində ərzaq və s. sən demə ayın 16-dan oğlum itgin düşüb. 19-da getdim ora anladım ki, uşaq yoxdur. Sonuncu dəfə onu Ağdərədə döyüşən yerdə, kəndçilərimiz görmüşdür.
Onun uşaqlıqdan İdmanla arası yaxşı idi. Odur ki, desant dəstəsində xidmət etmək onun ürəyincə oldu. Uşaqlıqdan futbola, idmana çox meyili var idi. Məktəbdə komsomol katibi də, seçmişdilər. Çox diribaş idii təşkilatçılığı bacarırdı.
Son döyüşü Ağdərə rayonunun “Drmbom” kəndi (qoçoqod kəndi) ətrafında olub, Suqovuşana yaxın yerlərdə itgin düşdü.
Altı ay axtarmadığım, getmədiyim kənd, cəbhə bölgəsi, səngər qalmadı. Ağdərəyə kimi getdim.
Həmin vaxtı döyüşçülərin çoxu bir yerdə, həm də, müəmmalı şəkildə itgin düşdülər. Bir ata üçün oğlunun itgin düşmə xəbərini eşitmək, onu yaşamaq böyük dərtdir. İtgin düşəndən sonra, hardasa 3 il Vüqarı axtardıq. Həmin vaxtlar şəhid olmaq sözünü də, qəbul etmirdim. Sonralar ümidim tam kəsildi və əlacsız qalıb, qəbul etdim.
Tərtərdə hospitalda o qədər meyid varıydı ki, bu gün onu təsəvvür belə edə bilmirəm. Meyidlərin üzünə baxmağa urək lazım idi. Mən də, baxa bilmirdim, məcbur qalıb qardaşım baxırdı üzlərinə. Həmin vaxtı şəhidlərin çoxunu Tərtərdə basdırdılar. Valideynlərin çoxu qəbirləri qazdırıb çıxarırdılar və öz övladlarını tapırdılar.
Anası Firəngiz xanım deyir ki, uşaqların ən istiqanlısı olub və mənə daha çox bağlı idi. Təhsilə də çox meyili var idi, oxumaq istəyirdi. Vüqar heç vaxt, ailədə heç kimin xətrinə dəyməzdi.
Vüqar mal-heyvanı da, sevirdi, yaxşı at sürməyi də, olub. Bundan əlavə kənd təsərrüfatı ilə də, məşğul olurdu.Tütün əkinində də, valideyinlərinə dəstək olurdu.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Vüqar İsmayılovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.