Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muğanlı kənd sakini Rəsulov Oruc İsgəndər oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muğanlı kəndinə yollandıq.
Kənd camaatı ilə və şəhidin qohumlarıyla görüşüb, onun haqqında xeyli söhbətləşdik: Ailədə 9 övlad olublar 5 bacı 4 qardaş. Ata - anası dünyasını dəyişiblər. Oruc ailəli olub 4 övladı var 3 qız 1 oğlu yadigar qalıb. Həyat yoldaşı Nailə xanım da, dünyasını dəyişib. Bu gün Orucun adını oğul nəvəsi daşıyır. Onun haqqında rəsmi məlumata gəldikdə isə;-Rəsulov Oruc İsgəndər oğlu 23.10. 1958- ci ildə anadan olub. Muğanlı kənd orta məktəbini bitirib. Həqiqi hərbi xidmətini Çita şəhərində edib. Sovet əsgəri olub, əsgərlikdən gəlib, gedib Bakı şəhərinə işləməyə. Ailə qurub və bir müddət orada yaşayıb. 1992-ci il may ayında könüllü olaraq, döyüşə gedib. Əmisi oğlu Rəsulov Akif itgin düşmüşdü. Onun arxasınca getdi, onu axtarmağa və özü də, qaldı cəbhədə. 1992-ci il iyunun 18-də şəhid olub.
Oruc Yevlax batalyonunda olub. Muğanlı kəndinin ilk şəhidi olub. Muğanlı kənd orta məktəbi onun adını daşıyır.
Oruc uşaqlıqdan çox qorxmaz olub. Ermənilərlə təkbətək qalanda onlara qarşı çox amansız olduğunu ermənilər də, bilib və ondan çox qorxublar.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Oruc Rəsulovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.