Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muğanlı kənd sakini Yusifov Gündüz Cavad oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muğanlı kəndinə yollandıq.
Şəhidimiz haqqında daha ətraflı məlumatı kənd camaatıyla söhbətimizdən əldə edə bildik.
Yusifov Gündüz Cavad oğlu 1974-cü il mart ayının 26-da Muğanlı kəndində anadan olub. Muğanlı kənd orta məktəbində 10 il təhsil aldıqdan sonra Bakıya peşə təhsili almağa gedib. 1992-ci ildə Bakıdan geriyə doğma kəndinə gəlib. Zaqataladan isə həqiqi hərbi xidmətə gedib.
Gündüz Yusifov 1993-cü il Martın 8 -də Ağdamın Qalayçılar deyilən ərazisində şəhid olub. Martin 11-də Muğanlı kənd qəbiristanlığında dəfn olunub.
Evə gəldiyi vaxtlarda müharibə haqda heç bir şey danışmayıb. Döyüşlərdə atıcı olub, döyüş yoldaşları deyiblər ki, çox yaxşı döyüşçü olub.
Atası 1993-də rəhmətə gedib. Oğlu şəhid olanda artıq 1 ay idi ki, dünyasını dəyişmişdi.
Gündüz hələ uşaqlıqdan güləşə çox meyilli olub. Kənd yerində özü üçün bütün şərait yaradıb, Turniklər qantellər və s. Şəhidin adını qardaşı oğlu daşıyır. Hazırda Muğanlı kənd kitabxanası şəhidin adını daşıyır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Gündüz Yusifovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.