Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı.
Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Həsənov Elgün Uzeyir oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Şəhidimizin anası Almaz xanımla görüşüb, xeyli söhbətləşdik.
Oğlum Həsənov Elgün Uzeyir oğlu 15 avqust 1973-cü ildə Zaqatala şəhərində doğulub. 1980-1990-cı illərdə 1 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə indiki Heydər Əliyev adına AAHM-nin 1-ci kursuna qəbul olub. 1993 -cü ilin noyabr ayında 4-cü kursa keçən kimi Leytenant rutbəsi verilərək, göndəriblər Qusara. Orada 3 ay təlimlər keçdikdən sonra, 1994 -cü ilin yanvarın 25-də Füzuli rayonu Horadiz qəsəbəsinə göndərdilər. Kəşviyyatçı kimi xüsusi hörməti olub.
Şair Ramaldanovun rəhbərliyi ilə xidmət keçib. Əslində oğlum da, kəşviyyatçı olduğuna görə açıq döyüşlərə getməməlidilər. Ancaq buna baxmayaraq, Elgün açıq döyüşə gedib.
Pulemyotunu da, götürüb, girib açıq döyüşə.Yoldaşları deyir ki, onu snayperlə vurublar və yaralı olduğuna görə ermənilər sürüyüb aparıblar. Döyüş yoldaşları deyir ki, ermənilər ancaq sağ qalanları aparırdılar. Açıq döyüşlər 1994-cü il fevral ayının 11-də, axşam saatlarında başlayıb.
Cəbrayıl rayonu Mehdili və Cocuq Mərcanlı ərazisində gedən döyüşlərdə Elgün Həsənov itgin düşüb. Hələ 2-ci kursda oxuyan vaxtı Elgünü Ağdama da aparmışdılar.Texnikadan çox yaxşı anlayırdı. Həmin dövrdə Azərbaycanda mütəxəssis çatmırdı. Biz onun şəhidliyini qəbul etmirdik. 10 il sonra şəhidlik statusunu da, aldıq. Şəhidin adına ev də, tikilib torpaq da, verilib.
Ailədə 4 uşaq olublar 2 oğlan 2 qız, onlardan 1 qız 1 oğlan dünyasını dəyişib.
Övladlarımın hamısı eyni tərbiyə olunublar. Həmişə tərbiyəli olduqlarına görə təşəkkürlər eşitmişəm. Əlləri qızıl idi, çox gözəl şeylər düzəldirdi, taxtadan yonmalar edir və s.
İllərdir gözüm yollardadır, biz onu hələ də, axtarırıq. Atası da, mən də, hər ikimiz yollarda qocaldıq.
Onun sevdiyi, istədiyi qız var idi, düz 21- il onun yolunu gözlədi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Elgün Həsənovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
301