Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Göyəm kənd sakini İbrahimov Yaşar İbrahim oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Göyəm kəndinə yollandıq.
Şəhidimizin qardaşı Valeh İbrahimovla görüşüb, xeyli söhbətləşdik: biz ailədə 6 uşaq idik, 5 oğlan, bir qız, Yaşar evimizin sonbeşiyi olub, sakit təbiətli bir adam idi.
Qardaşım İbrahimov Yaşar İbrahim oğlu 1973-cü il avqustun 8-də Zaqatala rayonunun Göyəm kəndində anadan olub. 1980-1990-cı illərdə Göyəm kənd orta məktəbini bitirib. 1991-ci ilin payız çağırışında Bakıya həqiqi hərbi xidmətə gedib. Mən həmin vaxtlarda Qardaşı Qarabağda döyüşdə olmuşam. Baxmayaraq ki, mən döyüşdəydim, həmin vaxtı Yaşarıda əsgərliyə aparmaq istəyirdilər. Beləliklə də, qardaşım Bakıda xidmətə başladı. Orada olan vaxtı haradasa 6 ay sonra məzuniyyətə də, gəlib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Yaşar İbrahimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.