• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD İSMAYIL MÜSLÜMOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

25-05-2022, 19:00 | Baxılıb: 55
“ŞƏHİD  İSMAYIL MÜSLÜMOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Müslümov İsmayıl Müslüm oğludur.




 ŞƏHİD  İSMAYIL MÜSLÜMOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.





Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq. Və şəhidimizin doğmalarıyla, anası İsmi xanımla görüşüb, xeyli söhbətləşdik:
Oğlum Müslümov İsmayıl Müslüm oğlu 16 iyun 1971-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. 1978-ci ildə Ş. Qurbanov adina 3 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Sürücülük peşəsinə yiyələnən İsmayıl 1990-cı ildə hərbi xidmətə getmişdir. Könüllü olaraq cəbhəyə getmişdir. Cəbhədə öz məharəti ilə hamının hörmətini qazanıb. Deyilənə görə Qranat atma bacarığı ilə tanınan İsmayılın başına, hətta ermənilər pul da, qoymuşdular. 11.02.1994 –cü ildə Kəlbəcər rayonunda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşüb.
Şəhidimiz haqqında anası İsmi xanımla da, həmsöhbət olduq: Müslümov İsmayıl Müslüm oğlu 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. 3 ay Ağdərədə olub, Gəncədən xəstə gətirib gəlmişdi, 5-6 gün qalıb getdi. Qranatamyot atan olub. Rabitəçilər danışıq zamanı ermənilərin səsini eşidiblər, onlar deyib ki, qranatamyot atanın başına nə qoyaq? İsmayıl bunları mənə danışanda o sözü eşidib çox pis odum, ondan sonra narahat olmağa başladım. Dedim ki, oğlum daha getmə müharibəyə, ancaq o yenidən müharibəyə getdi. O, müharibədən gələndə mən evdə qarpız, yemiş, üzüm saxlayırdim ki, onun payıdır gələndə yesin. İsmayıl evə gələndə üzümü görüb dedi, ana biz elə üzümün içində oluruq, yatanda üstümüzdən ilanlar sürünür. 1993-cü ildə yanvarın 28-də çağırışla müharibəyə getdi. 1993-cü ilin fevral ayında Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Ailədə 2 qız, 3 oğlan olmaqla 5 övladım vardı. İsmayıl ortancıl övlad idi. İsmayıl çox ailəcanlı həyət-bacaya baxan bir oğlan idi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi İsmayıl Müslümovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


55

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.