Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Çobankol kənd sakini İbrahimov Bəhman Qədir oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Çobankol kəndinə yollandıq. Və şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı Rəşadla görüşüb, xeyli söhbətləşdik: İbrahimov Bəhman Qədir oğlu 1973-cü il oktyabrın 27-də Zaqatala rayonunun Çobankol kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1980-ci ildə kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Bəhman 1988-ci ildə məktəbin 8-ci sinfini bitirib. 1991-ci ildə aprelin 12 -də həqiqi hərbi xidmətə gedib. Peşəyə, Sənətə, olan marağı onu Qax şəhərində qaynaqçı peşəsi hazırlayan peşə məktəbinə çəkir. Bəhman Qax şəhərində 3 il oxuduqdan sonra, mükəmməl sənət sahibi olur. Lakin kolxozda çalışıb, kasıb ailəsinə kömək etmək qərarına gəlir. Qarabağ müharibəsi günü-gündən şiddətlənirdi. Vətənin dar günündə köməyə çatmağı özünə borc bilir, Bəhman öz arzusu ilə hərbi xidmətə gedir. Xidmət dövrünü Qarabağın qaynar nöqtəsi olan Kəlbəcərdə keçirir.
Çox təəsüflər olsun ki, hərbi sirləri dərindən bələd olmayan Bəhman azğın düşmənin gülləsinə tuş gəlir. O ağır vəziyyətdə özünü itirir və onu qan aparır. Müharibədə olan hərbiçi yoldaşları onu ölümün pəncəsindən xilas edə bilmirlər. Bəhman al qan içərisində əbədi olaraq gözlərini yumur. Kəlbəcərdə döyüşüb .Yoldaşları onu Murov dağında 1993-cü ildə aprel ayının 2-də dəfn edərək ermənilərin mühasirəsindən çıxarırlar.
Qəbiri qalıb Murovdağda .Bəhman ölmüşdür, lakin o ölsədə daimi qəlblərdə yaşayacaq, gələcək nəsillərə bir nümunə olacaqdır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Bəhman İbrahimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.