• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD YƏHYA ƏLİYEVİN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

26-05-2022, 16:00 | Baxılıb: 53
“ŞƏHİD  YƏHYA ƏLİYEVİN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Mamrıx kənd sakini Əliyev Yəhya Şaban oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Mamrıx kəndinə yollandıq. Və şəhidin yaxınlarıyla, o cümlədən qardaşı Şahinlə görüşüb, xeyli söhbətləşdik: Əliyev Yəhya Şaban oğlu 1975-ci ildə Zaqatala rayonunun Mamrıx kəndində anadan olmuşdur. O, 1992-ci ildə Mamrıx kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olan zaman Yəhya Goranboy uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra Yəhya Əliyev Füzuli rayonunun Şiştəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə başından qəlpə yarası alaraq, yaralanmışdır. Yəhya Əliyev Bakıya Mərkəzi Hospitala aparılmış, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır. 1994-cü il yanvarın 8-də Yəhya Əliyev gözlərini əbədi olaraq, yumdu.



ŞƏHİD  YƏHYA ƏLİYEVİN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.






Yanvar ayının 2 -si başından yaralanıb 8-də isə şəhid olub. 22 yanvar isə Mamrıx kənd qəbirstanlığında dəfn olunub. Ailədə 5 uşaq olublar 3 qardaş 2 bacı. Yəhya ortancıl uşaq olubdu. İdmana marağı çox idi. Fiziki gücünü artırmaq üçün həmişə həyətdə məşq edərdi.
Biz əsil dost idik, evdə hərdən dalaşardıq, sonra da, barışardıq. Bütün günü bir yerdəydik. Mən evin son beşiyi olduğuma görə ev işlərini daha çox mənə gördürürdü, ana-ata hamısı tütünə gedirdi. Biz evdə tək qalırdıq, qardaşım böyük olduğu üçün ev işlərini mənə gördürərdi. Ancaq hər yerdə məni müdafiə edərdi. Məsələn, əgər məni kimləsə dava edən görsəydi dərhal mənə kömək edərdi. Uşaq vaxtı iki qardaş çox şuluq olmuşuq. Hətta uşaqlıq şəkillərimizi yığıb yandırırdıq. Bir dəfə atam buna görə bizi möhkəm cəzalandırdı. Onun bir şəkili qalıb.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Yəhya Əliyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


53

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.