Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Tala kənd sakini Hümbətov Fərid Ələsgər oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq. Və şəhidimizin doğmalarıyla, o cümlədən anası Pərvanə xanımla görüşüb, söhbətləşdik: Hümbətov Fərid Ələsgər oğlu 1989-cu il iyunun 6-da Aşağı Tala kəndində anadan olub. 2007-ci ildə orta məktəbi bitirib. Evdə ata-anasına kömək edib. 2017-ci il iyulun 2-də Beyləqana həqiqi hərbi xidmətə gedib. 2019-cu ildə evə gəlməyinə 45 gün qalmış şəhid xəbəri gəldi. Erməni snayperindən açılan gülləylə sinəsindən vurulub. Noyabırın 11-də şəhid olub, 12-də Aşağı Tala kənd qəbirstanlığında dəfn olunub.
Füzulidə cəbhə bölgəsində olduğu vaxt şəhid olub. Ailədə 2 oğlan olublar. Fərid evin böyük oğlu olub.
Nəvəsinə Fəridin adını veriblər. Fərid çox vətənpərvər olub, aşağıda xidmət edə-edə özü xaiş edib ki, məni posta qaldırın, səngərə getmək istəyirəm və səngərə də, gedib, elə oradada şəhid oldu.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Fərid Hümbətovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.