Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini İsayev Şəmsəddin Abid oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muxax kəndinə yollandıq.
İsayev Şəmsəddin Abid oğlu 25 yanvar 1968-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1975-ci ildə Muxax kənd 2 saylı orta məktəbini bitirmişdir. 1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmış, Rusiyanın Çita və Nijniy Taqil şəhərində hərbi xidmət keçmişdir. 1988-ci ildə Sovet Ordusundan tərxis olunmuş, Zaqatala rayonunun Muxax kəndində kolxozda əmək fəaliyyətinə başlamışdır. İki il Muxax kolxozunun qoyunçuluq briqadasında çalışmış, sonra əmək fəaliyyətini kolxozun təsərrüfat briqadasında davam etdirmişdir.
1991-ci ilin dekabrında Zaqatala şəhərində yerləşən hərbi zavodda işə girmiş və bir müddət burada işləmişdir. 1992-ci ilin may ayında könüllü olaraq cəbhəyə gedib. Zaqatala batalyonunun tərkibində Ağdam və Ağdərə bölgələrində ermənilərlə vuruşmuşdur. Sonra rayona qayıtmış, məzuniyyətini Zaqatala rayonunda keçirmişdir, 1993-cü ilin noyabrında yenidən cəbhəyə qayıtmışdır. Beyləqan, Füzuli, Xocavənd istiqamətlərində çoxlu döyüş əməliyyatlarında iştirak etmişdir. 1994-cü il 26 yanvarında Şiştəpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
1994-cü ilin fevralın 3-də Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılmışdır.
Muxax kənd 2 saylı orta məktəbi şəhid İsayev Şəmsəddinin adını daşıyır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Şəmsəddin İsayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.