Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatalarayon Muxax kənd sakini Yusifov Yaqub Abdurahman oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq:
Yusifov Yaqub Abdurahman oğlu 19 aprel 1971-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinifinə daxil olmuşdur. 1988-ci ildə həmin məktəbi bitirdikdən sonra orta təhsil haqqında sənəd almıdır. 1989-cu ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmış, hərbi xidməti Tatarıstan Respublikasının Kazan şəhərində kemişdir. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarında qulluq etmişdir. 1991-ci ildə Sovet Ordusundan tərxis olunmuşdur. 1991-ci ilin sentyabrında Zaqatala Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsində təhsil almağa başlamışdır. 1992-ci ildə könüllü olaraq, Qarabağa, cəbhəyə getmişdir.
Ağdam, Ağdərə, Füzuli cəbhələrində vuruşmuşdur. 2 fevral 1994-cü ildə Füzulidə gedən ağır döyüşlərdə sağ döş nahiyyəsindən aldığı güllə yarasından səngərdəcə həlak olmuşdur. 4 fevral 1994-cü ildə Zaqatala rayonunun Muxax kəndində dəfn edilmişdir.
Şəhid Yusifov Yaqubun adı əbədiləşdirilmişdir. Zaqatala rayonu Muxax kənd 1 saylı orta məktəbin uşaq təşkilatı şəhid Yusifov Yaqubun adını daşıyır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Yaqub Yusifovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.