Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Mosul kənd sakini Allahverdiyev Bala Veysulla oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Mosul kəndinə yollandıq. Və şəhidimizin doğmalarıyla, o cümlədən bacısı Həlimə ilə görüşüb, söhbətləşdik:
Allahverdiyev Bala Veysulla oğlu 1971-ci il aprelin 2-də Zaqatala rayonunun Mosul kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq, Qarabağa, döyüşə gedib və bir müddət sonra yaralanaraq, geri gəldi. Qardaşını aparmaq istədilər o da, buna imkan vermədi, yaralı olsada yenidən döyüşlərə, həm də, könüllü olaraq, getdi.
Qardaşım Ağdamda şəhid olub. Onlar ailədə 9 uşaq olublar 5 oğlan 4 qız. Bala ortancıl olub. Balanın bacısı oğluda, Vətən müharibəsində iştirak edib və qazidir. Allahverdiyev Ramazan dayısı kimi qəhrəmanlıq göstərib.
Digər bacısı oğlu da, Vətən müharibəsi iştirakçısıdı, Bulacov Valeh. Qardaşımın yaxşı at çapmağı olub. Dərslərin yaxşı oxumasada kəndin məktəbi tikiləndə, tikinti işlərində iştirak edib. Atam Veysulla və anam Şahpəri xanım oğul dərdindən rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Bala Allahverdiyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.