Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Hüseynov Nizami Oruc oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Hüseynov Nizami Oruc oğlu 18.03.1967-ci ildə Zaqatala şəhərində anadan olub. 1984-cü ildə şəhər 1 saylı orta məktəbi bitirmişdir. Eyni zamanda Zaqatala şəhər incəsənət məktəbində təhsil almışdır. 1984-cü ilin iyul ayının 13-dən 1985-ci il may ayının 7-dək Yeyinti Məhsulları kombinatinda fəhlə işləmişdir. 1985-1987-ci illərdə Ukrayna Respublikasında hərvbi xidmətdə olmuşdur. 1987-ci ildə Gəncə şəhər C. Bünyadzadə adına Kənd Təsərrüfatı İnstitutunun mexanizatorluq fakultəsinə daxil olmuşdur. İnstitutun birinci kursunu oxuyarkən bədnam qonşuların xəyanətkar hərəkətinə qarşə etiraz mitinqləri keçirdilər. 24.11.1988 –ci ildə Sovet Qoşunlarına qarşı Zaqatala hadisələri zamani baş verən döyüşdə həlak olmuşdur. Zaqatala şəhərində dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nizami Hüseynovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.