KƏNGƏRLİDƏ KƏND TƏSƏRRÜFATI İLƏ MƏŞĞUL OLANLAR DÖVLƏTİN ONLARA OLAN QAYĞISINDAN MƏMNUNDULAR.
İŞLƏMƏK İSTƏYƏNƏ HEÇ NƏ MANE OLA BİLMƏZ, HƏTTA KORONAVİRUS DA ..
HƏSRƏT BƏNDƏLİYEV
SAHİBKAR.
Diaspor info saytının Naxçıvan bürosu Naxçıvan MR-sı Kəngərli rayonunda olub və bir neçə sahibkar, fermerlə görüşüblər. Koronovirusun tuğyan etdiyi dünyamızda, hamının evdə qaldığı halda kənd təsərrüfatı ilə məşğul olanlar öz işləri ilə məşğuldurlar. Belə sahibkarlardan biri də, Naxçıvan MR-sı Kəngərli qəsəbəsində əkinçiliklə məğul olan Həsrət Bəndəliyevdir. Həsrət müəllim üş hektar ərazidə xüsusi qaydalarla qarpız əkmişdir. Havalar isindikdən sonra isə əlavə bir hektar ərazidə yemiş əkəcəyini bildirən H. Bəndəliyev Naxçıvan MR-sı rəhbərliyinin kənd təsərrüfatına xüsusi qayğısından da, danışdı. Həsrət müəllim deyir ki, işləmək istəyən üçün Naxçıvanda hər bir şərait yaradılıb. Həsrət
müəllimin əkin sahəsi ilə yaxından tanış olmaq üçün onunla çölə, əkin sahəsinə getdik. Damcı üsulu ilə suvarılan sahəyə baxdıq, artıq salafan örtüyün altından cücərmiş qarpız ştilləri görünürdü. Həsrət müəllim deyir ki, işlər qaydasındadır, belə gedərsə məhsuldarlıq yaxşı olacaq və Naxçıvan MR-sı ərazisində istehlakçıları qarpızla hamıdan əvvəl o, təmin edəcək.
Həsrət müəllim Koronovirusa görə işçilərin gətirilməsi, çölə aparılıb, sonra da, geri gətirilməsi kimi çətinliklər ortaya çıxmasına baxmayaraq, işlər elə də, pis deyildir.
H. Bəndəliyev kənd təsərrüfatı ilə məşğul olanlar üçün Kəngərli rayon icra hakimiyyəti də, öz diqqət və qayğısını əsirgəmədiyini xüsusi olaraq qeyd etdi.
Həsrət müəllimdən aldığımız və ümumiyyətlə çöldə əkin zamanı çəkilmiş videoları və video-müsahibəni oxucularımıza təqdim edirik.
Diaspor.info
Naxçıvan bürosu.
1 312