Balakəndə barama istehsalı diqqət mərkəzindədir.
Diaspor.info-nun Şimal-qərb bürosunun verdiyi məlumata görə bu gün Balakən rayonunda Barama istehsalı ilə məşğul olmaq istəyən vətəndaşlara barama qurdu paylanıb.
Tədbirdə regional kənd təsərrüfatı idarəsi, rayon icra hakimiyyətinin və s. İşçiləri də yaxından iştirak edib.
Barama qurdunun Balakən rayonu üzrə nəzərdə tutulan miqdarının təxminən 70% paylanıb.
Kənd camaatının bu sahəhə xüsusi diqqət yetirdiyinin şahidi olduq.
Qısa müddət ərzində əziyyət çəkib normal vəsait əldə etmək hər bir kəndlinin arzusudur.
Baramaçılıq məşğulluq üçün də çox yaxşı vasitədir.
Nəzərə alsaq ki hazırda karantin dövrüdür və pandemiya hələ ki hökm sürür. Odur ki hazırda öz həyətində ailəliklə baramaçılıqla məşğul olmaq çox gəlirli və xeyirlidir.
Balakən rayonu icra hakimiyyətinin başçısı İslam Rzayev də baramaçılığın inkişafı üçün Dövlət dəstəyini hər bir kəndliyə hiss etdirir.
Diqqətimizi çəkən məqamlardan biri odur ki kəndlilər çox böyük həvəslə qurd almaq üçün növbəyə dayanmışdılar.
Əvvəlki illərdə maarifləndirmə işləri bir o qədər kəndlilərə aşılanmamışdır.
Hazırda isə baramaçılığın gəlirli sahə olduğunu hər bir kəndli anlıyır və bu sahəyə daha ürəkli yanaşırlar.
Diaspor.info
Balakən.