QABAQÇÖL QƏSƏBƏSİNİN SAYRIŞAN GECƏ İŞIQLARI QƏSƏBƏYƏ XÜSUSİ GÖZƏLLİK VERİR.
Diaspor.info saytının Şimal-Qərb bölgəsinin verdiyi məlumata görə son illər Balakən rayonu kənd və qəsəbələri ilə birlikdə çox sürətlə inkişaf edir. Bu günkü səfərimizdə Balakən rayon Qabaqçöl qəsəbəsində olarkən xeyli dəyişikliklərin olduğunun şahidi olduq. Qəsəbə mərkəzi sözün əsil mənasında müasirləşir, desək yanılmarıq. Hətta Ümummilli liderimiz Heydər Əliyevin büstünün ətrafında olan küçənin gecə işıqları elə düzəldilib ki, özünü sanki böyük şəhərlərin mərkəzi küçələrindən birindəki kimi hiss edirsən. Qabaqçöl qəsəbə bələdiyyəsinin sədri Elman Süleymanovla da, küçədə elə iş başında rastlaşdıq. Və ayaqüstü söhbətləşdik. Elman müəllim uzun illərdən yığılıb qalmış bir neçə problemin artıq öz həllini tapdığını söylədi. Bir yeniliklə biz özümüzdə tanış olduq. Belə ki, illərdir Bələdiyyənin inzibati binası təmirsiz bərbad halda idi. Hazırda təmirdən sonrakı vəziyyəti isə müasir inzibati bina kimi qəsəbəyə xüsusi gözəllik verir.
Elman müəllimdən aldığımız məlumata görə tez-tez su nasosları sıradan çıxdığı üçün onları yenisi ilə əvəzləyiblər:” Əhalinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 24 tonluq su çəni təşkil olunub. Artezianın nasosunu da, yeniləyərək bu problemi birdəfəlik həll etmişik. Bundan əlavə su sızması nəticəsində itgilərin qarşısını almaq məqsədi ilə su kəmərlərinin əsas hissəsini təmir etmişik.
Çox yarasız vəziyyətdə olan yollarımız var idi, indi sizin gördüyünüz bu yeni asvaltı da bizim bələdiyyəmizin maddi vəsaiti ilə təmir olunub. Yarasız vəziyyətdə olan elektrik transformatorunu da yenidən və əsaslı təmir edərək bu problemi də, kökündən həll etdik. Bundan əlavə qəsəbənin elektrik enerjisində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə “Elektrik enerjisinin paylayıcı şkafını” quraşdırılması üçün torpaq sahəsi ayrılmış və yenidən quraşdırılma sayəsində problemlərin sayını azalda bilmişik. “
Qabaqçöl qəsəbəsi Dövlətimizin və rayon icra hakimiyyətinin də, həmişə diqqət mərkəzində olmuş və qarşıya çıxan müəyyən iri problemlərin həllində rayon rəhbərliyi də, öz imkanlarından maksimum istifadə edərək, köməyini heç vaxt əsirgəməmişdir.
Qabaqçöl qəsəbəsinin gecə həyatı da, çox maraqlıdır, bəli, həqiqətəndə dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi gecəsi də, süd kimi işıqlıdır. Bu qəsəbəyə gələn hər bir qonaqda ayrıca bir xoş təəssürat yaradır. Necə deyərlər Yol mədəniyyətdir və bu sözə Qabaqçöldə xüsusi diqqət yetirirlər.
Diaspor.info
Balakən.