Zaqatala rayonunda barama istehsalı diqqət mərkəzindədir.
Diaspor.info-nun Şimal-qərb bürosunun verdiyi məlumata görə neçə gündür ki, Zaqatala rayonunda da, Barama istehsalı ilə məşğul olmaq istəyən vətəndaşlara barama qurdu paylanılır.
Nəzərinizə çatdırmaq istəyirik ki, Barama qurdunun Zaqatala rayonu üzrə nəzərdə tutulan miqdarının təxminən 70% paylanıb.
Bu gün bizim də iştirak etdiyimiz “Zaqatala Barama Emalı “ məntəqəsində, qurd paylanması zamanı kənd camaatının bu sahəyə xüsusi diqqət yetirdiyinin şahidi olduq.
Zaqatala Barama Emalı məntəqəsinin rəhbəri Faiq Könqülovla söhbətimiz zamanı bunun bir daha şahidi olduq: “1150 qutu qurdun paylanması nəticəsində 46 ton məhsul əldə ediləcəyini gözləyirik. Bilirsinizmi qısa müddət ərzində əziyyət çəkib normal maddi vəsait əldə etmək hər bir kəndlinin arzusudur. Rayonumuzun demək olar ki, bütün kəndlərindən vətəndaşlarımız Barama qurdu ilə maraqlanır və onun istehsalına böyük həvəslə cəhd edirlər.
Nəzərə alsaq ki, hazırda karantin dövrüdür və pandemiya hələ ki, hökm sürür. Odur ki hazırda öz həyətində ailəliklə baramaçılıqla məşğul olmaq çox sərfəli və gəlirlidir.
Zaqatala rayonu icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də, baramaçılığın inkişafı üçün, bu işlə məşğul olanların hər birinə Dövlət dəstəyini əsirgəmir və onu yüksək səviyyədə hiss etdirir.
Diqqətimizi çəkən məqamlardan biri də, odur ki, kəndlilər çox böyük həvəslə qurda baxmaq istəyirlər və baxırlar.
Görünür əvvəlki illərdə maarifləndirmə işləri bir o qədər də, kəndlilərə aşılanmamışdır, çünki bu il kəndlilər daha aktivdirlər.
Hesab edirik ki, hazırda baramaçılığın gəlirli sahə olduğunu, Azərbaycanın hər bir yerində qəbul edərək, hər bir kəndli baramanın xeyirli sahə olduğunu daha yaxşı anlayır və bu sahəyə daha ürəklə yanaşırlar.
Diaspor.info
Zaqatala
576