"Azərbaycan üçün Cənub Qaz dəhlizinin əhəmiyyəti ilk növbədə ölkəyə valyuta ehtiyatının təmin edilməsi ilə bağlıdır". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
İqtisadçı qeyd edib ki, 2021-ci ildə Azərbaycanın qaz ixracatının ilkin hesablamalarına görə 5 milyard dollar valyuta əldə etdiyinin şahidi olduq: "Bu, ölkə iqtisadiyyatının həm büdcə siyasəti, həm də Ümumi Daxili Məhsulun formalaşdırılması ilə bağlı olan istiqamətlər üçün olduqca böyük rəqəmlərdir. Nəzərə almaq lazımdır ki, Azərbaycana ixrac daxil olmaları əsasən neftlə formalaşırdı. İndi isə qaz amili kifayət qədər böyük çəkiyə malik olur. Eyni zamanda, bu ölkə daxili investisiyaların yaradılması üçün tələb olunan vəsaitdir. Ona görə də şübhəsiz ki, ölkə iqtisadiyyatına valyuta daxil olması nöqteyi- nəzərdən Cənub Qaz Dəhlizi böyük əhəmiyyət daşıyır. Hazırki şəraitdə Avropa ilə Rusiya arasında münasibərlər kəskinləşib. Rusiyanın və Avropanın qaz idxalında 45 faiz hətta 50 faiz xüsusi çəkiyə malik olmasını və Avropanın daxili istehsalının ilbəil azalmasını nəzərə alaraq Azərbaycandan qaz idaxlının önəmi böyükdür. Avropanın alternativ qaz mənbələri yoxdur. Ona görə də Azərbaycanın rolunun artmasının şahidi oluruq. Eyni zamanda unutmayaq ki, Azərbaycan öz qaz resurslarını Avropa üçün kifayət qədər münbit qiymətlərlə ixrac edir. Belə ki, son illərdə Avropa bazarında qazın qiyməti 10 dəfədən çox artmışdır. Şübhəsiz ki, Azərbaycan kimi dayanıqlı etibarlı və münbit qiymətlərlə qazı tədarük edən ölkənin Avropa üçün önəmi kifayət qədər vacibdir".
Müəllif: Qönçə Quliyeva
198