"Bu gün dünya iqtisadiyyatında olduqca maraqlı proseslər baş verir". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Aslan Əzimzadə bildirib.
İqtisadçı qeyd edib ki, bütün bu hadisələr kontekstində Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr mühüm rola malikdir: "2020-ci ildə Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 2,6 milyard dollar həcmində olmuşdur. Təbii ki, bu 2019-cu ilə nəzərən azdır. Bu dönəmdə 3 milyard dollar olmuşdur. Təbii ki, Covid-19 pandemiyası səbəbindən gözlənilən göstərici idi. Bu Covid-19 pandemiyasının iqtisadiyyata vurduğu müəyyən mənfiliklər idi. Lakin bu dönəmdə bütün dünyada iqtisadi çöküş keçərli idi. Düşünürəm ki, bu səbəblərə baxanda 2,6 milyard dollar ticarət dövriyyəsi yaxşı nəticədir. Qeyd edim ki, bu gün Rusiyaya bir çox dünya ölkələri tərəfindən sanksiyalar qoyulub. Müəyyən mənada bu sanksiyalar Rusiyada dollara olan tələbatı aşağı salır. Çünki əhalinin dollar almaq kimi bir niyyəti yoxdur. Əhali dollar alsa belə, xərcləyə bilməyəcək. Bu sanksiyalar dolların gələcəkdə dünya valyutası kimi rol oynamasında sonunu gətirib. Belə olduğu təqdirdə, rublun dəyərinin qalxdığını görürük. Azərbaycan və Rusiya arasında imzalanmış Moskva bəyannaməsi ikitərəfli müttəfiqlikdə rolu böyükdür. Bu bəyannamə artıq Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişafının yeni mərhələsidir. Düşünürəm ki, növbəti illərdə xarici ticarət dövriyyəsində artım müşahidə edəcəyik. Qeyd edim ki, imzalanmış bəyannaməyə əsasən tərəflər xarici ticarət sövdəşələmələrini milli valyuta ilə aparmağa imkan yaratmalıdır. Bu isə dollardan yarana biləcək böhrana qarşı iki ölkənin xarici ticarətində adaptiv bir mexanizmin formalaşması ilə nəticələnəcəkdir".
Müəllif: Qönçə Quliyeva
191