“Azərbaycanda ərzağın bahalaşması ilə əlaqədar proseslər artıq uzun müddətdir ki, davam edir. Bu da bilavasitə dünya bazarında baş verən iqtisadi böhranla bağlıdır”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, biz bunları dünyada baş verən inflyasiya meyillərinin sürətilə statistik müqayisə aparsaq da görə bilərik: “Belə ki, 1990-cı ildən qlobal ərzaq indeksi yaranmışdır. Bu ərzaq indeksi məhz 1990-cı ildən indiki dövrdə özünün maksimum, yəni, 13.6 faiz olaraq hazırda 59.3 bəndinə çatıb. Bu artım daha çox bitki yağlarında taxıl və ət məhsulları indeksləri üçün bütün zamanların ən yüksək göstəricisidir. Yəni bir çox məhsullar üzrə ortalama artım 2.6 faiz alınıb. Amma məhz bitki yağları, taxıl və ət məhsullarıdır ki, artım daha çoxdur.
Mart ayında taxıl qiymətləri indeksi 17 faizdən çox, təxminən 175 bəndi təşkil edib. Ümumiyyətlə o illərdən bəri artıq daha dəqiq desək 175.1 bənd təşkil edir. 1990-cı ildən bəri ən yuxarı səviyyədir. Bitki yağlarının qiymətində 23 faiz artım müşahidə olunur. 248 bəndlə yeni rekorda imza atıb. Ət məhsulları isə 4.4 faiz bahalaşıb.
Bütün dünyada bu qiymət indeksləri dayanmadan artır. Bunun da bir neçə səbəbi var. Bu həm dünyada baş verən ümumi iqtisadi proseslərlə dolayı yaranmış iqtisadi inflyasiyadır. Pandemiyanın mənfi təsirlərinin yaratdığı inflyasiyadır. Eyni zamanda Rusiya-Ukrayna müharibəsindən zərər görmüş iqtisadiyyatlar etibarilə bu gün qiymətlərin sözün həqiqi mənasında dünya üzrə bahalaşması prosesi baş verir. Nəzərə alsaq ki, Azərbaycanda daxili bazarın tələbatının ödənilməsində idxalın çəkisi çox böyükdür. Bu səbəbdən də Azərbaycanda qiymətlərin artması düşünürəm ki, başa düşüləndir. Yerli sahibkarlar bazara qiymət diktə etmək imkanına malikdir. Düzdür, buna süni qiymət artımı deyirik. Yəni süni qiymət artımları ilə də bazarda qiymət artımına nail olmaq artıq Azərbaycanda ümumi artıma səbəb ola bilər.
Bunun da qarşısını almaq məqsədilə artıq ötən ildən dövlət antiinflyasiya tədbirləri həyat keçirir. Qeyd etdiyim kimi idxaldan asılılıq, pandemiya, müharibə və ümmum qlobal iqtisadiyyat Azərbaycanda da artımı qaçınılmaz edir. Düşünürəm ki, Azərbaycanda bir müddət qiymətlərin artımını müşahidə edəcəyik”.
Səbinə Hüseynli
236