CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 106,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,62 dollar/barel çoxdur.
Bu barədə Diaspor info-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 105,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,72 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,77 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 102,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,68 dollar/barel çoxdur.
185