"Hesab edirəm ki, Azərbaycanın xarici iqtisadi siyasəti kontekstində enerji siyasətinin effektivliyi barədə fikirlər bildirmək mümkündür". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, belə ki, ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəmizə valyuta daxil olmalarını təmin etdi, investisiya imkanlarını ölkəmizə bəxş etdirdi. Bununla yanaşı qaz ixracatı ilə bağlı ölkədə reallaşdırılan siyasət faktiki olaraq neftdən sonra qaz ixracatından daxil olmalarının xeyli dərəcədə artmasını şərtləndirmiş oldu: "Bununla yanaşı biz faktiki olaraq Avropa İttifaqı ilə xarici ticarət nöqteyi-nəzərdən kifayət qədər effektiv əlaqələr qurduq və Avropa İttifaqı Azərbaycanın bütövlükdə götürdükdə əsas xarici ticarət tərəfdaşına çevrilmiş oldu.
Bununla yanaşı qeyri-xammal, qeyri-neft sektoru nöqteyi-nəzərdən bizim əsas xarici-iqtisadi tərəfdaşımız olan Rusiya ilə münasibətlərimizi sabit və müsbət qarşılıqlı hörmətə əsaslanan formatda ölkəmiz olaraq biz qoruya bildik. Bu da olduqca mühümdür. Çünki bölgədə və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, bizim bu yanaşmamız şübhəsiz ki, ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı nöqteyi-nəzərdən olduqca önəmli idi".
Elşad Məmmədov sözlərinə belə davam edib: "Nəticədə biz Qərb ölkələri və Avropa İttifaqı ilə dayanıqlı ticarət iqtisadi münasibətlərimizi formalaşdıraraq ölkəyə valyuta daxil olmalarını təmin etdik. Digər tərəfdən isə qeyri-xammal sektoru üzrə əsas xarici ticarət tərəfdaşımız, əsas xarici-iqtisadi tərəfdaşımız Rusiya ilə sabit münasibətlərimizi saxlaya bildik.
Mən hesab edirəm ki, bu Azərbaycanın xarici-iqtisadi siyasəti nöqteyi-nəzərdən ölkəmizin ən mühüm nailiyyətidir və etiraf etmək lazımdır ki, nə bölgəmizdə, nə dünyada bütövlükdə elə də çox ölkə yoxdur ki, bu beynəlxalq qeyri-müəyyənlik şəraitində bu cür effektiv və milli maraqlara söykənən xarici-iqtisadi siyasəti reallaşdıra bilsin. Bütün bunlar sözsüz ki, ölkə Prezidentinin kifayət qədər effektiv, proqmatik və milli maraqlara söykənən xarici-iqtisadi siyasətinin göstəricisidir".
Ayşən Vəli
174