“Formula-1” yarışları da daxil olmaqla keçirilən bütün beynəlxalq tədbirlər həmin ölkənin iqtisadiyyatına ciddi töhfələr verir, əlavə dəyərlər yaradır.
Bildiyimiz kimi bu yarışlara bir çox xarici ölkədən iştirakçılar daxil olur. O iştirakçıların qidalanma, daşınma məsələləri var”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, bundan başqa həmin o yarışları, tədbirləri izləmək üçün turistlər gəlir: “Həmin şəxslərin də qonaqlama, qidalanma məsələləri var. Bütün bunlar isə bu yarışların təşkil olunduğu ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Azərbaycanda da bildiyimiz kimi bu tip tədbirlərin keçirilməsi əlavə gəlirlərin qazanılmasına kömək edir. İctimai iaşə obyektlərinin, otellərin gəlir qazanmaq imkanları yaranır. Bundan başqa da bu tip tədbirlər eyni zamanda ölkənin tanınmasına və ölkə haqqında müsbət rəylərin formalaşmasına gətirib çıxarır”.
Müəllif: Səbinə Hüseynli
239