• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

2-07-2022, 13:00 | Baxılıb: 24
“Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 28 – 30 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində “Mülki aviasiya sahəsində geniş miqyaslı dəstək (GISS 2022)” mövzusunda simpozium keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib. Mülki aviasiya sahəsində əməkdaşlığın qlobal səviyyədə, xüsusən də təhsil istiqaməti üzrə genişləndirilməsi məqsədilə təşkil olunmuş simpoziuma 140 ölkədən aviasiya sənayesinin 800-dən çox təmsilçisi qatılıb. RİNN-in mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə, üç gün davam edən tədbir çərçivəsində 9 sessiya təşkil edilib və 60-dan çox iştirakçının çıxışı dinlənilib.

İyunun 29-da ICAO-nun baş katibi Xuan Karlos Salazar ilə DMAA-nın direktoru Arif Məmmədov arasında görüş keçirilib. X.K. Salazarı baş katib vəzifəsinə təyin olunması münasibətilə təbrik edən A. Məmmədov 1 – 8 iyunda keçirilmiş ICAO auditinə hazırlıq məqsədilə ICAO-nun Parisdəki Avropa və Şimali Atlantika Bürosu vasitəsilə göstərilmiş texniki dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iştirak edən Nikolas Rallonu ICAO-nun Parisdəki Regional Bürosunun direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edən A. Məmmədov Azərbaycan mülki aviasiyasının audit zamanı yüksək nəticə əldə etməsində bu qurumun DMAA-ya verdiyi texniki konsultasiyaların əhəmiyyətini xüsusilə vurğulayıb. Keçirilmiş auditin nəticələri üzrə ilkin hesabata görə Azərbaycan tərəfindən ICAO standartlarının implementasiyasının effektivlik göstəricisi 63%-dən 80%-dək yüksəlib.

Görüşdə 3 – 6 iyulda N. Rallonun Bakıda səfərdə olacağı qeyd olunub.

A. Məmmədov Azərbaycan Respublikasının uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ICAO siyasətinə sadiq qaldığını, əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.