“Azərbaycan tütün istehsalının və ixracatın artırılması ilə bağlı xüsusi dövlət proqramı icra edən ölkələrdəndir”. Bu fikirləri Diaspor.info-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə dövlət proqramının qəbul edilməsi nəticədə Azərbaycanın tütün ixracatının artırılmasına gətirib çıxarır: “Tütün ixracatının artması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Nəticə etibarilə Azərbaycan tütün ixracatından valyuta əldə edir. Həmçinin, qeyri-neft sektorunda olan ixracatın payının artırılmasına da mühim təsir göstərir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və xüsusi proqramın qəbul edilib icra olunması Azərbaycanın tütün ixracatının artmasına və bu istiqamətdə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır”.