Bu ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 165 milyon 65 min 500 manat məbləğində kreditlər verilib. Bu, 2018-ci ilin müvafiq dövründəki göstəricidən 5,4 dəfə çoxdur. Diaspor info- xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin 7 ayında verilmiş kreditlərin 13 milyon 650 min 100 manatı və yaxud 8,3 faizi qısamüddətli, 151 milyon 415 min 400 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olub.
Bu ilin ötən dövründə ümumi kreditlərin 28 milyon 64 min 600 manatı sahibkarlıq subyektlərinə verilib ki, bunun da 11 milyon 84 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 980 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf edilib.