• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“il Messaggero” qəzeti: Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 20 milyard kubmetrə çatacaq

24-01-2023, 16:00 | Baxılıb: 22
““il Messaggero” qəzeti: Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 20 milyard kubmetrə çatacaq

İtaliyanın nüfuzlu mətbuat orqanlarından olan “il Messaggero” qəzetində Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəmərinin əhəmiyyətinə dair məqalə dərc edilib.

Diaspor info xəbər verir ki, yazıda İtaliyanın illik təbii qaz istehlakının təxminən 72 milyard kubmetr səviyyəsinə çatdığı, yerli ehtiyatlarının isə 50-80 milyard kubmetr arasında olduğu bildirilir. İki ildən çoxdur ki, istifadəyə verilən TAP boru kəmərinin hazırda İtaliyanın ikinci təbii qaz təchizatı mənbəyi olduğu vurğulanır.

Qeyd olunur ki, Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP kəməri vasitəsilə bir neçə ildən sonra Azərbaycandan İtaliyaya gələn qazın həcmi iki dəfə artaraq 20 milyard kubmetrə çatacaq. Bunun üçün mövcud boru kəmərinin ötürücülük qabiliyyəti artırılmasına və infrastrukturun gücləndirilməsinə sərmayə qoyulmalıdır. TAP perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıra, həmçinin İtaliyanın qitədə qaz nəqli üçün tranzit mərkəzə çevrilməsinə şərait yarada bilər.

Vurğulanır ki, hazırda İtaliyanın Azərbaycan, Əlcəzair və Liviyadan aldığı qaz həcmləri tələbatın 80 faizdən çoxunu ödəyir. Bir il əvvəl isə İtaliya təbii qaz tədarükündə 40 faiz təkcə Rusiyadan asılı idi.

Qeyd edək ki, indiyədək TAP ilə İtaliyaya 17 milyard kubmetrədək qaz nəql edilib. Bu həcmin 9,6 milyard kubmetri yalnız keçən ilin payına düşüb.

TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəmərinin Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.скачать dle 10.6фильмы бесплатно


22

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb
Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"
GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Türkiyə Prezidenti YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Çavuşoğlu: “Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq razılaşması əldə olunması çox yaxşı haldır”

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.