• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

13-11-2023, 21:00 | Baxılıb: 291
“Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

“Laçında əhalinin sosial rifahı və rahat yaşayışı üçün bir sıra işlər görülüb. Prioritet məsələ sakinlərin iş yerləri ilə təmin edilməsi və bu istiqamətdə lazımi addımların atılmasıdır. Yaxın günlərdə isə əhalinin gediş-gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq”.
Bu sözləri jurnalistlərə müsahibəsində Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev bildirib.

O, Laçın şəhərində yaradılan şərait barədə danışarkən qeyd edib ki, hazırda şəhərdə 1204 nəfər əhali yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır:

“Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarları təqdim etməsindən bu günə kimi Laçın şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.

E.Abdullayev bildirib ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib: “Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir.Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-cü ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. May ayının 1-dən Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini yüksək səviyyədə davam etdirir. Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək”.скачать dle 10.6фильмы бесплатно


291

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.