• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bayraktar: Naxçıvandakı günəş enerjisi tutumu bir çox beynəlxalq şirkəti cəlb edir

4-06-2024, 10:00 | Baxılıb: 417
“Bayraktar: Naxçıvandakı günəş enerjisi tutumu bir çox beynəlxalq şirkəti cəlb edir

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Alparslan Bayraktarla görüşüb.
Diaspor.info “TRT Haber”ə istinadən xəbər verir ki, türkiyəli nazir Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın bütün dünyada təqdir olunduğunu deyən Bayraktar əməkdaşlığın təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə və neft bazarlarının daha balanslı olmasına töhfə verdiyini vurğulayıb.

Bayraktar Türkiyə və Azərbaycanın prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə enerji sahəsində çox böyük layihələr həyata keçirdiyini xatırladaraq həm regional, həm də qlobala önəmə sahib Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin uyuşuq şəkildə həyata keçirildiyini qeyd edib.

Yeni layihələr üzərində də çalışdıqlarını bildirən Bayraktar “İğdır-Naxçıvan qaz boru kəmərində işlər intensiv şəkildə davam etdiyini” söyləyib.

“Bu xətti vaxtından əvvəl hazır edəcəyik. Naxçıvanın qazı bu ilin qış aylarında Türkiyə üzərindən gələcək”.

Türkiyə hökumətinin üzvü elektrik enerjisi sahəsində çox mühüm irəliləyişlərin olduğunu deyib:

“Azərbaycan çox güclü bərpa oluna bilən mənbələrə malik ölkədir. Xəzər dənizindəki külək tutumu və Naxçıvandakı günəş enerjisi tutumu təkcə Türkiyədəki şirkətləri deyil, bir çox beynəlxalq şirkəti də cəlb edir. Sadəcə resursların olması yetərli deyil. Eyni zamanda bazarın və tələbin də olması lazımdır. O anlamda Türkiyə ilə Azərbaycanın bir-birini tamamlayıcı rolu var”.

Bayraktar qeyd edib ki, dünyada olduğu kimi, Türkiyədə də elektrik enerjisinə tələbat artıb:

“Biz elektrik enerjisini daha təmiz üsullarla istehsal etməyi hədəfləyirik. Həm Türkiyədəki bərpa olunan enerji potensialını reallaşdıracağıq, həm də ətrafımızdakı elektrik enerjisini Türkiyəyə və Türkiyədən Avropaya aparmaqla bağlı birgə layihələr hazırlayırıq. İki ölkə olaraq bizim bundan sonra çoxlu layihələrimiz var. Biz addım-addım və sistemli şəkildə irəliləyirik”.скачать dle 10.6фильмы бесплатно


417

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.