• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Yeni Şafak” qəzeti: Zəngəzur dəhlizinin açılması bütün region üçün dönüş nöqtəsi olacaq

5-01-2026, 22:00 | Baxılıb: 147
““Yeni Şafak” qəzeti: Zəngəzur dəhlizinin açılması bütün region üçün dönüş nöqtəsi olacaq

Zəngəzur dəhlizinin açılması Türkiyə və bütün region üçün strateji dönüş nöqtəsi olacaq. Bu marşrutun açılması təkcə nəqliyyat və ticarətə deyil, həm də iqtisadi əməkdaşlığın bütün spektrinə güclü təkan verəcək, enerji təchizatını stimullaşdıracaq və regional sabitliyə töhfə olacaq.
Diaspor.info xəbər verir ki, bu barədə türkiyəli ekspert Fatma Demirçioğlu Parların yanvarın 5-də “Yeni Şafak” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Ekspert qeyd edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən sonra Zəngəzur dəhlizi məsələsi beynəlxalq gündəmdə strateji cəhətdən əhəmiyyətli bir məsələyə çevrilib.

Məqalənin müəllifi bir əsrdən çox əvvəl Azərbaycanın Zəngəzur bölgəsinin bir hissəsinin ədalətsiz şəkildə Ermənistana verildiyini də xatırladıb.

Parlar vurğulayıb ki, bu gün rəsmi Ankara Bakı ilə birlikdə ölkəmizin qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni bərpa etmək üçün fəal səy göstərir.

Məqalədə Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də qlobal əhəmiyyətli bir prosesin başlanğıcı kimi qiymətləndirilir.

Müəllif daha sonra dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb bölgələri arasında əlaqənin bərpasına şəxsi töhfələrindən bəhs edərək, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.

“Son dörd ildə Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin tikintisi əsasən başa çatıb, 123,6 kilometrlik avtomobil yolunun 95 faizi hazırdır. Bu yol Naxçıvanla Azərbaycanın digər bölgələri arasında əlaqə üçün çox vacibdir. Bundan əlavə, Horadizdən Ağbəndə qədər təxminən 110 kilometrlik dəmir yolunun tikintisi davam edir. Bu dəmir yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacaq və Ermənistandan Naxçıvana və daha sonra Türkiyəyə marşrut açacaq”, - deyə məqalədə bildirilir.

Müəllif xüsusi olaraq Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə diqqət yetirib. Görüşdə Zəngəzur dəhlizinin Ermənistan sərhədləri daxilində 42 kilometrlik hissəsinin açılması barədə razılığa gəlinib və bu hissə Amerika şirkəti tərəfindən idarə olunacaq.

Parlar, həmçinin Qarsdan Naxçıvan sərhədinə qədər yeni dəmir yolu xəttinə xüsusi tələbatın oduğunu qeyd edib. Bu dəmir yolunun təməlqoyma mərasimi 22 avqust 2025-ci il tarixində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun iştirakı ilə keçirilib. “Yeni dəmir yolu 4-5 il ərzində istifadəyə veriləcək və Şərqi Anadolunu Zəngəzur dəhlizinin əsas halqasına çevirəcək. Yeni marşrutun illik tutumu təxminən 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq ki, bu da həm Türkiyənin, həm də Türk dünyasının iqtisadi inkişafına töhfə verəcək. Nəticədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq”, - deyə ekspert bildirib.

Məqalənin müəllifi fikirlərini yekunlaşdıraraq bildirir ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanı və Türkiyənin İğdır vilayətini Çini Avropa ilə birləşdirən Orta Dəhlizin iki strateji nöqtəsinə çevirəcək.скачать dle 10.6фильмы бесплатно


147

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.