• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır

16-01-2026, 09:30 | Baxılıb: 179
“Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır

Türkiyə enerji resurslarını münaqişə və ziddiyyət mənbəyi kimi deyil, sülhə və qarşılıqlı rifahın artmasına aparan körpü kimi dəyərləndirir.
Diaspor.info xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin şimal-şərqində yerləşən Rizə vilayətində keçirilən “Ayder” Beynəlxalq Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir qonşu Suriya nümunəsini xatırladaraq qeyd edib ki, uzun illər davam edən qanlı münaqişə dövründən sonra bu ölkədə bərpa və normallaşma prosesi başlayıb. “Bu gün Türkiyə Azərbaycanla birgə Suriyanın yenidən inkişafı məqsədilə bu ölkəyə qaz nəql edir. Eyni zamanda, suriyalılara elektrik enerjisi veririk, müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçiririk. Bununla da enerji resurslarından sülh və inkişaf naminə istifadə edirik”, – deyə nazir vurğulayıb və “qarşılıqlı fayda” prinsipinə xüsusi diqqət çəkib.

Energetika naziri Türkiyənin xarici mənbələrdən enerji asılılığını minimuma endirməyə çalışdığını, bununla paralel olaraq xaricdə birgə təşəbbüslər reallaşdırdığını bildirib.

“Son 20 il ərzində Türkiyə iqtisadiyyatının elektrik enerjisi və təbii qaza olan tələbatı üç dəfə artıb. Proqnozlara əsasən, qarşıdakı 30 ildə ölkəmizdə elektrik enerjisi istehlakı daha üç dəfə artacaq”, – deyə A.Bayraktar bildirib və müəyyən illərdə Ankaranın enerji resurslarının idxalına çəkdiyi xərclərin 60–70 milyard dollaradək çatdığını qeyd edib.

Nazir əlavə edib ki, Türkiyənin enerji şirkətləri Afrikadan və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər dünyanın müxtəlif bölgələrində layihələr həyata keçirir.

A.Bayraktar atom enerjisinin inkişafının əhəmiyyətinə də toxunaraq, “Akkuyu” Atom Elektrik Stansiyasını “Türkiyə xalqının 70 illik arzusunun təcəssümü” adlandırıb. “Mersin vilayətində yerləşən AES-də elektrik enerjisinin istehsalına bu il artıq başlanılacaq. “Akkuyu”nun dörd reaktorundan birincisi istismara veriləcək. Türkiyənin ilk atom elektrik stansiyası ölkənin ümumi elektrik enerjisi istehsalının 10 faizini təmin edəcək”, – deyə nazir bildirib və Sinop və Trakiyada yeni AES-lərin tikintisinə hazır olduqlarını vurğulayıb.

“Bu AES-lər, eləcə də modul tipli atom stansiyaları sayəsində 2050-ci ilə qədər Türkiyə 20 min meqavatadək elektrik enerjisi istehsal edəcək. Biz bu məqsədə çatmaqda qətiyyətliyik”, – deyə A.Bayraktar qeyd edib.

Eyni zamanda, energetika naziri Ankaranın qonşu ölkələrlə əməkdaşlığın inkişafına, o cümlədən Avropa ölkələrinin enerji tələbatının ödənilməsinə töhfə verməyə hazır olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


179

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.